İqtisadiyyat

Azərbaycan FAO-nun qida təhlükəsizliyinə nəzarətin möhkəmləndirilməsi layihəsinə qoşulub

8 Fevral 2021 15:09
Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan, Qırğızıstan, Moldova, Tacikistan və Türkiyə qida təhlükəsizliyinə nəzarət üzrə milli sistemlərin möhkəmləndirilməsi və risklər barədə məlumatlandırma üzrə yeni layihəyə start verib.

Milli.Az bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən məlumat verir.

Qeyd olunur ki, FAO-Türkiyə Tərəfdaşlıq proqramı çərçivəsində reallaşdırılan və Türkiyə tərəfindən maliyyələşdirilən layihə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində potensialın artırılması üzrə regional tədbirlərin keçirilməsini nəzərdə tutur:

"Qida məhsullarına səmərəli nəzarət sistemi fermada istehlakçıyadək olan bütün hazırlıq və emal mərhələlərini əhatə edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada hər il 600 milyonadak şəxs qida mənşəli xəsətəlikdən əziyyət çəkir, 420 min nəfər həyatını itirir. Qida məhsullarına səmərəli nəzarət sistemi təkcə insanların sağlamlığının mühafizəsi üçün deyil, həm də iqtisadi inkişafın stimullaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi üçün vacib rol oynayır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.