İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır

23 Yanvar 2021 13:47
Baxış: 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 49,93 milyard dollar təşkil edib.

Milli.Az bu barədə Dövlət Neft Fondu (SOFAZ) və Mərkəzi Bankın maliyyə hesabatlarına istinadən məlumat verir.

2019-cu illə müqayisədə strateji valyuta ehtiyatları 352,4 milyon dollar və ya 0,7 faiz artıb.

Qeyd olunur ki, strateji valyuta ehtiyatlarının strukturunda 43,56 milyard dollar və ya 87,2 faiz SOFAZ-ın, 6,37 milyard dollar və ya 12,75 faiz Mərkəzi Bankın payına düşür.

2020-ci il ərzində SOFAZ-ın valyuta ehtiyatları 241 milyon (0,6 faiz), Mərkəzi Bankın valyuta ehtiyatları 111,4 milyon dollar (1,8 faiz) artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.