İqtisadiyyat

Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək

4 Dekabr 2020 17:02
Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədən Çinə hərəkət edən və ixrac məhsulları daşıyan ilk yük qatarı İstanbuldan yola çıxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Dövlət Dəmir Yolları İdarəsi bildirib.

Qatarın yola salınması mərasimində ölkənin nəqliyyat və infrastruktur nazirir Adil Karaismailoğlu iştirak edib.

Qeyd olunur ki, həmin yük Bakı Beynəlxalq Dəniz Ticarət Limanından keçərək Qazaxıstana hərəkət edəcək.

Türkiyədən Çinədək marşrutun ümumi uzunluğu 8 693 kilometr, daşıma müddəti 12 gün təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.