Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın işğaldan azad etdiyi ərazilərin böyük iqtisadi potensialı var. Bu ərazilər həm aqrar üstünlüyü, həm də xammal bazası, emaledici sənaye istehsalı baxımından fərqlənən rayonlarımızdır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, həmin ərazilərimizin imkanları orada iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yaradacaq: "Xüsusən işğaldan azad edilən ərazilərimizin kənd təsərrfüatı potensialı kifayət qədər böyükdür. Nəzərə alaq ki, Füzuli, Ağdam rayonları işğaldan əvvəlki dövrlərdə pambq, taxıl, üzüm istehsalına görə ölkədə aparıcı rayolar sırasında idilər. Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da üzümçülükdə fərqlənirdi. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda heyvandarlıq çox inkişaf etmişdi. Daxili ət istehsalında bu rayonlarımızın payı kifayət qədər böyük idi".
V.Bayramov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilər eyni zamanda böyük xammal bazasına malikdir: "Həmin rayonlarımızda qızıl, mis, civə, dəmir, mərmər və eləcə də inşaat materialları üçün xammal bazası var. Göründüyü kimi, bu rayonların həm sənaye, həm kənd təsərrfüatı potensialı var, xammal bazası, təbii resursları olduqca böyükdür. Bütün bunlar imkan verəcək ki, bərpa prosesindən sonra qısa zamanda həmin ərazilərimizin iqtisadiyyatı inkişaf edə bilsin".
Deputat bildirib ki, işğaldan azad olunan ərazilərdə iki iqtisadi rayon yerləşir - Yuxarı Qarabağ və Kəlbəcər Laçın iqtisadi rayonları: "Bu rayonların iqtisadi potensialı, o cümlədən ölkə üzrə ümumi daxili məhsudakı potensial payının qiymətləndirilməsi göstərir ki, bərpa prosesindən sonra həmin rayonlarımızda iqtisadiyyatın 8 dəfə artması mümkündür. Bu, bir tərəfdən ona imkan verir ki, həmin rayonlarımızın iqtisadiyyatı sürətli şəkildə artısn və inkiaf etsin".
V.Bayramov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq: "Kifayət qədər çox infrastruktur layihələri həyata keçiriləcək və bu layihələr Azərbaycan vətəndaşlarının işlə təminatına müsbət təsir göstərəck. Eyni zamanda, həmin ərazilərdə iqtisadiyyatn inkişafı yeni iş yerlərinin yaranması deməkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
XƏBƏR LENTİ
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı





