Müharibədən sonra Azərbaycan öz imkanları hesabına azad edilmiş ərazisini inkişaf etdirə biləcək - İqtisadçı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan höküməti post-müharibə dövründə özünün maliyyə imkanları hesabına erməni işğalından azad edilmiş regionun yenidən canlanmasına və inkişafına nail ola biləcək.
Milli.Az bildirir ki, bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, post-müharibə dövründə Azərbaycan höküməti tərəfindən müəyyən abadlıq-quruculuq işlərinin həyata keçirilməsi ilə yanaşı, xüsusi dövlət meqaproqramı hazırlanmalıdır. Bu meqaproqram infrastruktur, kənd təsərrüfatı, dağ-mədən sənayesi, kommunikasiya və s. kimi bir çox istiqamətləri və sahələri özündə birləşdirən ayrı-ayrı dövlət proqramlarının vəhdətindən ibarət olmalıdır.
Bunu proqramlar paketi də adlandırmağı mümkün sayan ekspert bildirib ki, məhz bu paket hazırlandıqdan sonra sözügedən regionun sosial-iqtisadi inkişafının təmin edilməsi üçün icra edilməli olan işlərin təsnifatı və istiqaməti müəyyənləşdiriləcək. Yalnız bundan sonra qarşıya qoyulmuş məqsədə çatmaq üçün multilayihələrin və adi layihələrin konsepsiyası işlənib hazırlanmalıdır.
İqtisadçı qeyd edib ki, konsepsiya hazır olduqdan sonra hədəflərə nail olmaq üçün mövcud maliyyə durumu analiz edilməli və alternativ maliyyə mənbələri araşdırılmalıdır:
"Məlumat üçün qeyd edim ki, Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçib. Ermənistan üçün eyni göstərici isə çox gülünc səslənir - cəmi 1,5 milyard dollar. Biz bu məsələdə düşmən ölkəni düz 34 dəfə üstələyirik. Bu, o deməkdir ki, Azərbaycan höküməti öz imkanları hesabına postmüharibə dövründə bu regionun yenidən canlanmasına və inkişafına nail ola bilər. Lakin düşünürəm ki, hökümət bu məsələdə alternativ variantlara daha çox diqqət yetirməlidir".
E.Əmirov hesab edir ki, bu alternativlər arasında birbaşa xarici investisiyaların cəlbinə xüsusi yer ayrılmalıdır. Belə olacağı təqdirdə həm dövlət öz maliyyə resurslarına qənaət etmiş olar, həm də bu həssəs regionda stabilliyin qorunmasında maraqlı tərəflərin sayını artırmış olar:
"Belə ki, Qarabağ regionuna cəlb edilmiş birbaşa xarici investisiya iqtisadi dəyər yaratmaqdan başqa, həm də orada hərbi və siyasi stabilliyin davamlı olmasının bir növ qarantı rolunu oynayacaq. Bu zaman birbaşa xarici investisiyaların müxtəlif mənbəli olmasına çalışmaq lazımdır. Çünki investisiya yatırılmış ərazilərdə stabilliyin davamlı olmasına təkcə investorlar özləri deyil, eyni zamanda onların rezidenti olduğu ölkələr də maraqlı olurlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
XƏBƏR LENTİ
-
F1-də yarışlarının məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)





