"Muğanbank" III rübü mənfəətlə başa vurub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan banklardan biri - "Muğanbank" 2020-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb. Yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 27 345 min manat, faiz xərcləri 19 419 min manat, xalis faiz gəliri 7 926 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz gəlirləri 14,7 milyon manat və ya 35% azalıb. Bankın faiz xərcləri isə 6,2 milyon manat və ya 24% azalıb. Nəticədə bankın xalis faiz gəliri də təqribən iki dəfə aşağı düşüb.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 15 942 min manat (14% azalma), qeyri-faiz xərcləri 20 881 min manat (23,8% azalma) təşkil edib.
Nəticədə bank 2020-ci ilin 9 ayını 2 987 min manat əməliyyat mənfəəti ilə başa vurub. Qeyd edık ki, "Muğanbank" təkcə 3-cü rüb ərzində əməliyyat mənfəətini 4 qat artırıb. Belə ki, yarım ildə bankın əməliyyat mənfəəti 747 min manat olmuşdu.
2020-ci ilin 3-cü rübünün nəticələrinə görə, "Muğanbank"ın aktivlərinin 346 milyon 331 min manatı kredit portfelinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə kredit portfeli 14 milyon manat və ya 4% azalsa da, bankın kredit portfeli "təmizlənib" və xalis kreditlərin həcmi artıb. Belə ki, ilin əvvəlində ümumi krelit portfelinin 24,4 milyon manatı ehtiyata ayrılmışdı və xalis kreditlər 336,2 milyon manat idi. İndi isə ehtiyata ayrılan məbləğ 3 dəfəyə yaxın azalaraq 9,3 milyon manata düşüb, xalis kreditlər isə 337 milyon manatı keçib.
Ölkə iqtisadiyyatı, o cümlədən bank sektoru üçün olduqca mürəkkəb keçən 2020-ci ilin ilk 9 ayının nəticələrinə görə, "Muğanbank"ın öhdəlikləri 473 milyon 375 min manat (17,5% azalma) təşkil edib.
Öhdəliklərin azalması bankdakı depozitlərin məbləğinin aşağı düşməsi ilə bağlıdır. Hazırda bankın depozit portfeli 260,2 milyon manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 74 milyon manat və ya 22,1% aşağıdır.
Bankın cəmi kapitalı 85 milyon 174 min manat (2,1% azalıb) təşkil edir.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova





