Azərbaycan və Özbəkistan arasında qida sahəsində əməkdaşlığa dair saziş layihələri hazırlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov ilə görüşüb.
Agentlikdən Milli.Az-a verilən məlumata görə, AQTA sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və ona uğurlar arzulayıb. Ermənistanın respublikamıza təcavüzü ilə bağlı məlumat verən Q. Təhməzli, problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilmədiyini bildirib. Agentlik sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Bərdə rayonlarına raket hücumları nəticəsində sentyabrın 27-dən bu günə qədər dinc əhali arasında həlak olanlar, xəsarət alanlar barədə, həmçinin Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində mülki obyektlər və yaşayış binalarına dəymiş ziyanla bağlı geniş məlumat verib.
Agentlik sədri 30 ildən bəri davam edən, ölkəmizin zorla cəlb olunduğu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün Özbəkistanın göstərdiyi dəstəyə görə səfir B. Aşrafxanova təşəkkür edib. Vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.
Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. B. Aşrafxanova ölkələrimiz arasında qida məhsullarının ticarət dövriyyəsinin artırılması məqsədilə qeyd edilən sahələrdə əməkdaşlığa dair saziş layihələrinin hazırlanaraq Özbəkistan tərəfinə göndərildiyi barədə məlumat verilib və səfir bu sahələrdə hüquqi çərçivənin yaradılmasında maraqlı olduqlarını vurğulayıb.
Səfir Bahrom Aşrafxanov səmimi görüşə görə təşəkkür edib, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib





