İqtisadiyyat

bp kəşfiyyat qazma fəaliyyətləri üçün sənədin müzakirəsini təxirə salıb

29 Sentyabr 2020 16:41
Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahə daxilində kəşfiyyat qazma fəaliyyətləri üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə 30 sentyabr 2020-ci il tarixinə planlaşdırılmış açıq virtual görüş internet bağlantısında yaranmış çətinlikləri nəzərə alaraq təxirə salınır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bp-dən məlumat verilib.

Görüşün nə vaxt keçiriləcəyi haqqında əlavə məlumat ictimaiyyətə çatdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.