İqtisadiyyat

Balakən rayonunun iki kəndinin su təchizatı sistemləri istismara verilib - FOTO

22 Dekabr 2011 18:15
0 Şərh     Baxış: 525
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Qurumun mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, bu məqsədlə 2011-ci ildə bir neçə rayonda yeni layihələrin icrasına başlamışdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində Balakən rayonunun Tülü və Hənifə kəndlərinin su təchizatı sistemləri istismara verilib.

Bununla bağlı keçirilən təntənəli tədbirdə "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin sədri Etibar Məmmədov bildirib ki, "Azərsu" ASC iri şəhər və rayon mərkəzləri ilə yanaşı kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir. Səhmdar Cəmiyyətim təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq içməli su çatışmazlığından əziyyət Balakən rayonunun Hənifə kəndinin əhalisinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədi ilıə kənddə 1ədəd artezian quyusu qazılıb, 2350 metr uzunluğunda su xətti çəkilib.

Eyni zamanda Tülü kəndinin su təchizatının yaxşılaşdırılması üçün də işlər görülmüşdür.  Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Tülü kəndində 1 ədəd subartezian quyusu qazılıb, tutumu 10 kubmetr olan  su çəni quraşdırılmış və 750 metr uzunluğunda su xətti çəkilib.

"Azərsu" ASC-nin daxili maliyyə imkanları hesabına görülən işlər nəticəsində  Hənifə və Tülü kəndlərinin içməli sudan əziyyət çəkən 600-dən artıq sakininin problemi həll olunub.
"Azərsu" ASC-nin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq içməli su çatışmazlığından əziyyət çəkən Şamaxı rayonunun Sabir qəsəbəsində də su təchizatı sisteminin istismara verilməsi ilə əlaqədar açılış mərasimi keçirilib. "Birləşmiş Sukanal" MMC-nin sədri Etibar Məmmədovun sözlərinə görə "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına" uyğun olaraq Sabir qəsəbəsində subartezian quyu qazılıb, uzunluğu 2 km-dən artıq müxtəlif diametrli su xətti çəkilib.

Layihənin icrası müddətində suyun istehlakçılara çatdırılmasını təmin etmək üçün məhəllədaxili xətlərin vəziyyəti yoxlanılıb və abunəçilər üçün sayğaclar quraşdırılıb. "Azərsu" ASC-nin daxili maliyyə imkanları hesabına görülən işlər nəticəsində Sabir qəsəbəsində 3000-dən artıq insanın içməli su təminatı yaxşılaşıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin











Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.