İqtisadiyyat

İtaliya iş adamları Azərbaycana dəvət olundu

22 Aprel 2010 09:35
Baxış: 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təqdimat Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən və Azərbaycanın Genuya şəhərindəki Fəxri Konsulu xanım Marqarita Kostanın dəstəyi ilə baş tutub.

Tədbirdə mərkəzi Genuya şəhəri olan Liguriya regionunda fəaliyyət göstərən 40-a yaxın İtaliya şirkəti, həmçinin "Liguriya İnternational" Assosiasiyasının prezidenti Franko Aprile, "World Trade Center of Genoa" Agentliyinın direktoru Pietro Kosta, Azərbaycanın İtaliyadakı Fəxri Konsulu xanım Marqarita Kosta, Genuya Ticarət Palatasının prezidenti Paolo Odone, habelə SİMEST (İtaliya şirkətlərinin xaricdə təşviqi üzrə Assosiasiya) və digər iqtisadi qurumların rəsmiləri iştirak ediblər.  

Tədbiri çıxış sözü ilə açan Səfir Emil Kərimov, Azərbaycanda uğurla aparılan iqtisadi siyasət və Azərbaycanla və İtaliya arasında mövcud iqtisadi əlaqələrin inkişaf perspektivləri barədə danışıb.

Səfir Emil Kərimov Azərbaycanda qeydə alınan iqtisadi və sosial inkişafın məhz, əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olduğunu vurğulayıb.

"Liguriya İnternational" Assosiasiyasının prezidenti Franko Aprile çıxış edərək, Azərbaycanda qeyri neft sektorunda xüsusilə də gəmiqayırma, turizm, nəqliyyat sahələri üzrə mövcud perspektivlərdən danışıb və İtaliya iş adamlarını Azərbaycana səfərə dəvət edib.

Sonra "World Trade Center of Genoa" Agentliyinın direktoru Pietro Kosta çıxış edərək, hazırda dünyada müşahidə olunan iqtisadi böhran və digər qlobal təsirlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatının inamla inkişaf etdiyini qeyd etmiş və ticarət əlaqələrinin inkişaf etdirilməsi perspektivlərindən danışıb.

Azərbaycanın İtaliyadakı Fəxri Konsulu xanım Marqarita Kosta öz çıxışında Liguriya regionunda ənənəvi olaraq gəmiçilik və turizm sahələrinin inkişaf etdiyini və bu istiqamətlər üzrə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.

Daha sonra Genuya Ticarət Palatasının prezidenti Paolo Odone çıxış edərək, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud potensialdan tam istifadə edilməsinin vacibliyini vurğulayıb və Liguriya şirkətlərinin Azərbaycan bazarına daxil olması üçün daha fəal olmalarını tövsiyə edib.

Çıxışlardan sonra "Lider" telekanalı tərəfindən Azərbaycana dair hazırlanmış film (Welcome to Azerbaijan) nümayiş etdirilib.

Bundan əlavə tədbirdə Səfirliyin 3-cü katibi M.Zülfüqarov tərəfindən Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən təqdimat keçirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.