İqtisadiyyat

Azərbaycan Türkiyədən kimyəvi məhsul ixracını artırıb

29 İyul 2020 19:13
Baxış: 1 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 31,77 faiz artaraq 203,946 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

İyun ayında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin iyunu ilə müqayisədə 54,97 faiz artıb və 35,655 milyon dollara bərabər olub.

Yanvar-may aylarında Türkiyənin dünya bazarlarına kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq 8,624 milyard dollar təşkil edib.

Bu müddət ərzində Türkiyənin ümumi ixracında kimyəvi məhsulların ixracının payı 11,5 faizə bərabər olub.

Son 12 ay ərzində (iyun 2019 - iyun 2020) Türkiyə 19,2 milyard dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.