Arıçılara 5 milyon manatdan artıq subsidiya veriləcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2020-ci il üzrə ölkədə 22670 arıçı qeydiyyatdan keçib. Bu arıçılar 22781 arı təsərrüfatına sahib olmaqla 23052 arı ailəsinə qulluq göstərirlər.
Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumilikdə, 506944 arı pətəyi qeydiyyata alınıb. Ən çox arıçı, arı təsərrüfatı və pətək sayı Balakən rayonunda qeydə alınıb. Bu rayonda 1104 arı təsərrüfatında 32273 arı pətəyi saxlanılır. Arıçıların sayına görə isə Zaqatala rayonu 1349 arıçı ilə ölkədə bu təsərrüfat fəaliyyətinə ən çox marağı olan rayon kimi qeyd olunub. Ağsu, Tovuz, Lerik, Qax rayonları da təsərrüfatların sayı ilə öndədir.
Arıçıların saxlamağa üstünlük verdiyi əsas arı cinsi Bozdağ Qafqaz cinsidir. Ölkə üzrə 395090 ədəd bu cinsdən olan arı ailəsi qeydə alınıb.
Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş Subsidiya Qaydalarına görə, 1 arı ailəsinə görə 10 manat subsidiya ödənilir. "Arıçılara ödənilən subsidiyanın ölkəmizdə bu təsərrüfat sahəsinin inkişafına, məhsuldarlığın artmasına xidmət edəcəyinə əminik. Yeni mexanizm bizə bu təsərrüfat sahəsinin inkişafında maraqlı olub, lakin məhsuldarlığı az olan bölgələri müəyyənləşdirməyə şərait yaradacaq. Bu da gələcəkdə məhsuldarlığı artırmaq üçün dəstək layihələri hazırlamağımıza imkan verəcək", - Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev vurğulayıb.
Qeyd edək ki, bu ildən tətbiq edilən yeni subsidiya mexanizminə əsasən, kənd təsərrüfatı istehsalçılarına verilən bütün subsidiyalar, o cümlədən arıçılara ödənilən subsidiya EKTİS-də vahid sistemdə birləşib. Arıçılar subsidiya almaq üçün öz təsərrüfatları, arı pətəklərinin sayı, bəslədikləri arının cinsi haqda məlumatları bu sistemdə yerləşdirirlər. Arıçıların EKTİS-də 2020-ci subsidiya ili üçün qeydiyyatı mayın 31-də başa çatıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib





