İqtisadiyyat

OPEC nazirlərinin hər iki görüşü bir gündə keçiriləcək

5 İyun 2020 16:27
0 Şərh     Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEC və bu quruma daxil olmayan ölkələrin nazirlərinin görüşü əvvəlki kimi iki gün ərzində yox, bir gündə, iyunun 6-da keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu danışıqlarda iştirak edən mənbələrdən biri bildirib.

Qeyd olunur ki, OPEC nazirlərinin görüşü Vyanada yerli vaxtla saat 14:00-da, OPEC-ə daxil olmayan ölkə nazirlərin görüşü saat 16:00-da nəzərdə tutulub.

Görüşlər zamanı neft hasilatının azaldılması qərarının müddətinin uzadılması gözlənilir.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC+ ölkələri hasilatı 9,7 milyon barel/sutka azaltmaq qərarı vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.