İqtisadiyyat

Azərbaycanda pambıq istehsalının artımı planlaşdırılır

4 İyun 2020 23:57
Baxış: 1 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ildə Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsi "Azərpambıq" MMC 80 542 ton pambıq istehsal edib.

Milli.Az bildirir ki, bunu Trend-ə  Azərbaycan Sənaye Korporasiyasının Aqrar istehsal və ticarət departamentinin direktoru İlham Bayramov deyib.

Onun sözlərinə görə, ötən il 2018-ci illə müqayisədə 24 min ton və ya 40 faiz çox məhsul istehsal edilib.:

"2019-cu ildə pambıqdan olan məhsulun keyfiyyətinin artması da müşahidə edilib. Pambıq emalı prosesi davam edir, bu günədək 26 min ton pambıq lifi istehsal edilib".

Direktorun sözlərinə görə, bu il 15 rayonda 29 min hektar sahədə pambıq səpini planlaşdırılır. Bu günədək 23 min hektar səpilib. 8 500 hektar sahədə pambıq yetişib.

Xatırladaq ki, ötən il məhsuldarlıq bir hektardan 28 sentner həcmində nəzərdə tutulub, bu il həmin göstəricinin 30 sentner olması proqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.