İqtisadiyyat

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16 Aprel 2020 16:21
Baxış: 1 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərkosmos" ASC dünyada peyk xidmətləri sahəsində tanınan ABŞ-ın "UltiSat" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Milli.Az xəbər verir ki, ASC-dən Trend-ə bildirilib ki, müqaviləyə əsasən, "UltiSat" şirkəti "Azerspace-1" peykinin resurslarından istifadə etməklə Yaxın Şərq və Avropa regionlarında peyk interneti təqdim edəcək.

Sözügedən şirkət dünyada kritik, rabitənin ötürülməsi çətin olan ucqar ərazilərdə peyk xidmətləri göstərən ilk şirkətlərdəndir.

"UltiSat"ın güclü və etibarlı tərəfdaş olaraq müştəri portfelimizdə yer almasından olduqca məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq dünyada koronavirus pandemiyasının davam etdiyi çətin bir dövrdə peyk internetinə olan yüksək tələbatın qarşılanmasına xidmət edəcək", - deyə "Azərkosmos"un baş kommersiya direktoru Mark Qusriye bildirib.

"Azərkosmos"la qurduğumuz yeni əməkdaşlıq bizi sevindirir. Müştərilərimizə yaxın vaxtda qabaqcıl peyk şəbəkə xidmətlərini təklif etmək üçün yeni tərəfdaşımızla daha sıx işləməyi səbirsizliklə gözləyirik", - deyə "UltiSat" şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Kris Hetmanski söyləyib.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. "Azərkosmos" telekommunikasiya peyki olan "Azerspace-1", yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" və "Azerspace-2"nin operatorudur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.