Vüqar Bayramov: "Azərbaycanda iqtisadi artım daha çox qeyri-neft sektorunun hesabına baş verir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-ci ilin iki ayının yekunları onu göstərir ki, Azərbaycanda iqtisadi artım daha çox qeyri-neft sektorunun hesabına baş verib.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ümumi daxili məhsulda üç faizə yaxın artım tempinin qorunub saxlanması ilə qeyri-neft ümumi daxili məhsulunda ikiqat artım qeydə alınıb:
"Bu isə ondan xəbər verir ki, artımda qeyri-neft sektorunun payı daha çoxdur. Qeyri-neft sektoru ümumi iqtisadi artımın aparıcı istiqaməti olub. Belə ki, qeyri-neft sənayesində 22 %-ə yaxın artımın qeydə alınması ondan xəbər verir ki, hazırda Azərbaycanda qeyri-neft sektorunda daha çox sənaye məhsullarının istehsalına imkan yaradılıb. Bu da öz növbəsində, iqtisadi inkişafın dayanıqlılığı baxımından vacibdir və bu istiqamətdə qeyri-neft sektorunun dominant olduğunu göstərir".
Deputat qeyd edib ki, ilk iki ayda kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması ilə bağlı həyata keçirilən islahatları xüsusilə vurğulamaq lazımdır:
"Şəffaflığın artırılması dövlət büdcəsinə əlavə vəsaitlərin cəlb olunmasına imkan yaradıb. Vergi mənbələrindən dövlət büdcəsinə proqnozda nəzərdə tutulandan əlavə 252 milyon manatın cəlb edilməsi mümkün olub. Bu da gizli iqtisadiyyata qarşı mübarizə, şəffaflığın artırılması və iqtisadiyyatın leqallaşdırılması ilə bağlıdır. Eyni zamanda bu, qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi ilə bağlı fəaliyyətlərin də genişləndiyindən xəbər verir. Qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi bir tərəfdən dövlət büdcəsinə daxilolmalara müsbət təsir göstərir, digər tərəfdən isə vətəndaşlarımıza əmək müqaviləsi ilə çalışmaq imkanı yaradır. Bütün bunlar ümumilikdə vətəndaşların həm əmək hüquqlarının qorunmasını, həm də gələcəkdə pensiya hüququndan istifadəsini təmin edir".
V.Bayramov əlavə edib ki, ilk iki ayın yekunları Azərbaycanda iqtisadi islahatların dərinləşməsindən xəbər verir:
"Bu da qeyri-neft sektorunun makroiqtisadi göstəricilərdə payının mərhələli şəkildə artmasına və Azərbaycanda neftdən asılılığın, neftin payının get-gedə azalmasına gətirib çıxarır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bəhruz Vaqifoğluna vəzifə verildi
-
ABŞ Prezidenti Hörmüz boğazını "Tramp boğazı" adlandırmaq istəyir
-
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
-
Elvin Cəfərquliyev əməliyyat olundu
-
“Adana Demirspor”un 24 xalı silindi
-
Dünyanın sonu üçün qorxulu tarix: Fizikin 60 il əvvəlki apokalipsis proqnozu
-
"Bu yaşdan sonra ərə baxa bilmərəm" - Renka
-
Ermənistanda yol qəzası - beş nəfər ölüb, 7 nəfər yaralanıb
-
Lili Alle ərinin başqa qadınlara aldığı əşyaların qəbzindən özünə don tikdirdi - (Foto)
-
Goranboyda yanğına görə təxliyə olunan sakinlər yaşayış ünvanlarına qaytarılacaq
-
Gözde Seda Altunerin dəyişimi gündəm oldu - (Foto)
-
Bu yayın ən çox transfer edən klubları bilindi
-
Niderland səfirliyi Azərbaycana təşəkkür edib
-
Taliska ağlayaraq "Fənərbağça"dan getdi
-
Macarıstan Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarını yenidən blokladı
-
Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər
-
Bu da Kasilyasın Venesuela gözəli olan yeni sevgilisi - (Fotolar)
-
Həftə ərzində az yatırsınızsa, bunu edin
-
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırdı
-
Azərbaycanda bu şəxslərə qısaldılmış iş vaxtı şamil olunur
-
"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım - (Video)
-
Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub - (Foto)
-
İsveçdən Polşaya üzüb keçən ilk insan: 56 saat fasiləsiz üzdü - (Video)
-
Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik





