İqtisadiyyat

SOCAR Belarusa növbəti partiya nefti yola salıb

23 Mart 2020 13:44
Baxış: 2 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 85 min ton həcmində növbəti partiya nefti Belarusa yola salıb.

Milli.Az bildirir ki, bunu Trend-ə SOCAR-ın tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov qeyd edib ki, neft Gürcüstanın Supsa limanından göndərilib və növbəti partiyalar gələcəkdə müəyyən edilə bilər.

Qeyd edək ki, Azərbaycan martın 5-6-da Ceyhan limanından Belarusa 90 min ton həcmində ilk neft partiyasını göndərmişdi.

Mozır neft emalı zavodu həmin partiyanın emalına artıq başlayıb.

Daha əvvəl Belarusun "Belneftexim" şirkətinin mətbuat katibi Aleksandr Tişşenko bildirmişdi ki, mart ayında SOCAR Belarus üçün Ukraynanın Odessa limanına 160 min ton həcmində iki tanker neft göndərməyi planlaşdırıb. Bu neft daha sonra Odessa-Brodı boru kəməri ilə nəql olunacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.