İqtisadiyyat

ABŞ bir sıra tibbi təyinatlı Çin mallarını rüsumdan azad edib

14 Mart 2020 08:08
0 Şərh     Baxış: 1 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hökuməti koronavirusun yayılması ilə əlaqədar Çindən idxal olunan bir sıra tibbi təyinatlı mallara tətbiq edilən rüsumları ləğv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti ABŞ Ticarət Nümayəndəliyinin əməkdaşına istinadən məlumat yayıb.

"ABŞ Ticarət Nümayəndəliyi koronavirusla əlaqədar Çindən idxal olunan onlarla tibbi təyinatlı predmetlərə tətbiq olunan rüsumların götürülməsi ilə bağlı müraciətlərə müsbət cavab verib", - məlumatda belə deyilir.

Qeyd olunur ki, siyahıya mühafizə xalatları, əlcəklər, cərrahi mələfələr və tibbi tullantıları atmaq üçün nəzərdə tutulmuş bağlamalar daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.