İqtisadiyyat

Energetika naziri: "Bolqarıstan “Cənub Qaz Dəhlizi”nin fəal iştirakçısıdır"

1 Mart 2020 10:22
Baxış: 1 157
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə "Cənub Qaz Dəhlizi" layihəsinin fəal iştirakçısıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bolqarıstanın Energetika naziri Temenujka Petkova Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VI toplantısında deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" Bolqarıstana və regiona qaz tədarükünün şaxələndirilməsi baxımından vacibdir:

"Ölkəmiz Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində IGB vasitəsilə ildə 1 milyard kubmetr qaz əldə edəcək".

T.Petkova qeyd edib ki, Bolqarıstan hökuməti enerji təhlükəsizliyi sahəsində aparıcı layihələrin, o cümlədən Balkan qaz qovşağı konsepsiyası, Bolqarıstanı qonşu ölkələrlə birləşdirən interkonnektorlar və Yunanıstanın Aleksandrupolis şəhərində mayeləşdirilmiş təbii qaz terminalının tikintisi layihələrinin reallaşdırılması üzərində işləyir:

"Ölkəmiz qaz təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsini təmin edən bütün qaz layihələrinə diqqət ayırmağa davam edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.