İnam Kərimov: "Ötən il 643 ton barama tədarük olunub"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ötən il 643 ton barama tədarük olunub ki, bu da 25% artım deməkdir".
Mili.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Kürdəmir rayonunda "Barama-2020: qarşıda duran vəzifələr" mövzusunda keçirilən respublika müşavirəsində deyib.
Nazir qeyd edib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: "Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Ötən il digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də yüksək nəticələr əldə olunub. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,5 faiz artıb. Bu onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, fermerlərə verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməklə yanaşı, məhsul istehsalçılarının aqrar sektora marağını daha da artmasına şərait yaradıb".
Azərbaycanda baramaçılığın və ipəkçiliyin zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı nazirliyin qarşısına mühüm tapşırıqlar qoyulduğunu deyib: "İpəkçilik Azərbaycan iqtisadiyyatının ənənəvi sahələrindən biridir. Azərbaycan barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tutub. Bizim əsas məqsədimiz bu ənənəni bərpa etmək və bu sahədə məhsuldarlığı daha da artırmaqdır. Azərbaycanda barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilir. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına 2016-2019-cu illər ərzində Çin Xalq Respublikasından 4,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilib və bölgü əsasında əvəzi ödənilmədən baramaçılıqla məşğul olan rayonlara paylanılıb. 2019-cu ilin investisiya proqramına uyğun olaraq, Zərdab Füzuli, Bərdə, Ağsu, Zaqatala rayonlarında gücü 200 ton olan yaş barama qurutmaxanalarının və 120 kvadratmetr sahəsi olan inkubasiya otaqlarının tikintisi başa çatmaq üzrədir. Bir sözlə, ölkəmizdə barama istehsalı ilə məşğul olan kümçülərə çoxşaxəli dövlət dəstəyi tədbirləri həyata keçirilir. Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi baramaçılıqda da inkişaf müşahidə edilir. Ötən il 643 ton barama tədarük olunub ki, bu da 25% artım deməkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əməkdar artist canlı yayımda AĞLADI - VİDEO
-
6 il gizlənən narkobaron belə TUTULDU
-
Bakıda bu məktəb BAĞLANDI - Rəsmi AÇIQLAMA
-
Yeni doğulan oğlu ilə ilk VİDEOsu
-
Modriçlə bağlı azarkeşlərə pis XƏBƏR
-
“Mən Almaniyada “Pəncərədən daş gəlir” mahnısını oxuyanda alman deyir ki, niyə erməni musiqisi İFA EDİRSƏN?"
-
"Ermənilər özləri buna qəara verməlidirlər"
-
Milyarderi zəhərləyərək öldürən şəxs edam edildi
-
II kurs tələbəsi vəfat etdi
-
79 yaşlı seysmoloq arvadından BOŞANIR
-
Süni intellektlə işləyən yeni raketi sınaqdan keçirdilər
-
Nəfəsin oriental rəqsi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Narkotik çəkən hunday sürücüsü TUTULDU - FOTO
-
Sabah dəniz havası olacaq
-
Bələdiyyə sədri Günay həbs olundu - FOTO
-
Bu binalarda evi olanlar UDDU
-
Nazir ilanı yalın əllə tutdu
-
DYP-dən sürücü və piyadalara ÇAĞIRIŞ
-
Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir - Kamaləddin Qafarov
-
Bakıda məşhur bazar BAĞLANDI: “Binə” və “Sədərək” isə…
-
"Real Madrid"də prezident seçkisinin tarixi ELAN OLUNDU
-
Ülviyyə Həmzəyeva yenə SƏDR OLDU
-
22 yaşlı bloqerin müəmmalı ÖLÜMÜ - FOTO
-
Bu ölkə Böyük Britaniyadan ayrılmaq istəyir





