İqtisadiyyat

"SOCAR Turkey" TANAP vasitəsilə qaz nəqlinin həcmini açıqlayıb

22 Yanvar 2020 19:54
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan qazını Türkiyə və Avropaya tədarük edəcək 3500 kilometr uzunluğunda "Cənub Qaz Dəhlizi"nin vacib hissəsi olan Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə qaz nəqlinin həcmi 2019-cu ilin sonunda 3,7 milyard kubmetrə çatıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə "SOCAR Turkey" şirkətinin baş direktoru Zaur Qəhrəmanov deyib.

O xatırladıb ki, 16 milyard kubmetr qaz nəql etmək gücünə malik TANAP 6 milyard kubmetr qazın Türkiyəyə, 10 milyard kubmetr qazın isə Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya nəqli üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, bu layihə ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında səmərəli rol oynayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.