İqtisadiyyat

Kənd təsərrüfatı turizminin inkişafına 500-ə qədər fermer cəlb ediləcək

18 Dekabr 2019 11:34
0 Şərh     Baxış: 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gələcəkdə "Şəhərdən kəndə" layihəsinə 500-ə qədər fermer cəlb ediləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı dəyirmi masada deyib.

L.Məmmədova bildirib ki, 2021-ci ilə qədər "Şəhərdən kəndə" layihəsinə 500-ə qədər fermer cəlb ediləcək: "Alternativ vəsait hesabına bu məqsədə çatacağıq. Növbəti illərdə fermerlərə təlimlər keçiriləcək. Məqsədimiz Azərbaycanda fermerlərin gəlirlərinin daha da artmasıdır".

Onun sözlərinə görə, "Şəhərdən kəndə" layihəsinin yeni başlamasına baxmayaraq, layihəyə maraq böyükdür:

"Məqsədimiz ölkədə kənd təsərrüfatı turizmini inkişaf etdirməkdir. Bunun üçün fermerlərlə sıx işlənilməlidir. Fermerlərimizin imkanları məhduddur. Bu gün layihəyə cəlb edilmiş fermerlərimiz 100-dən çox yerli və xarici turist qəbul edəcəklər. Ölkədə kənd təsərrüfatı turizminin daha da inkişafı əsas məqsədlərdən biridir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.