Unibank 2019-cu ilin 3-cü rübünü mənfəətlə başa vurub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Unibank" KB ASC 2019-cu ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2019-cu il tarixə bankın əldə etdiyi mənfəət 66,8 milyon manat təşkil edib. Bu ilin 9 ayının nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 46 milyon manat olub.
İlin əvvəlindən bu yana bankın aktivlərinın həcmində 93 milyon manat- 13% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 789 milyon manat təşkil edib. 9 ay ərzində məcmu kapitalın həcmi də çoxalıb. Məcmu kapitalın həcmi 30% artaraq 82, 3 milyon manata çatıb.
Hesabat dövrünə "Unibank"da əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb. 2019-ci ilin 3-cü rübündə də bankda aktiv kreditləşmə müşahidə olunub. İlin ilk 9 ayının nəticələrinə görə, ümumi kredit portfeli 25 milyon manat, yəni 5%-dək artıb. Bununla da ümumi kredit portfeli 492,9 milyon manat olub. Bank tərəfindən real sektorun kreditləşdirilməsində də artım var. Artım həm kiçik, orta sahibkarlığın maliyyələşdirilməsi, həm də mikrokreditləşmə üzrə baş verib.
Ölkə bankçılıq tarixində ilk dəfə olaraq biznes kreditlərinin onlayn verilməsini həyata keçirən Unibank, kreditin dəqiqələr ərzində və banka gəlmədən əldə edilməsini təmin etməklə, sahibkarlara dəstəyini bir qədər də artırıb. Təkcə onlayn formada ayrılan kreditlərin sayı son 1 il ərzində 100-ü keçib. Yaxın aylar ərzində Unibank real sektorun kreditləşməsinin xeyli hissəsini onlayn formada həyata keçirməyi planlaşdırır.
"Unibank"ın depozit portfeli də 9 ay ərzində böyüyüb. 30 sentyabr 2019-cu il tarixinə müddətli əmanətlər üzrə depozit portfelinin artımı 17%-i ötüb. Həmin tarixə depozit portfelinin həcmi 340 milyon manata çatıb.
Unibank ölkədə nağdsız ödənişlərin tətbiqində ən aktiv banklar sırasında qalmaqda davam edir. 2019-cu ilin əvvəlindən 30 sentyabr tarixinədək təkcə debet kartların sayında 21% artım qeydə alınıb.
Sosial layihələr bu il ərzində də "Unibank"ın diqqət mərkəzində olub. Bank 2020-ci ilədək Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. İndiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd lisenziyadan ikisi məhz "Unibank"ın dəstək verdiyi paralimpiya komandası tərəfindən qazanılıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank - hər kəsin bankı!
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)





