Robert Sekuta: "Azərbaycanın kölgə iqtisadiyyatını ələ keçirmək, korrupsiyaya qarşı mübarizəni artırmaq imkanları var"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Keçən həftə Azərbaycan İqtisadiyyat Nazirliyinin rəhbərliyində baş vermiş dəyişikliklər - nazir Şahin Mustafayev Baş Nazirin müavini postuna, Vergilər naziri Mikayıl Cabbarov isə vergi yığımı və siyasətinə nəzarəti saxlamaqla, İqtisadiyyat naziri vəzifəsinə təyin olundu - Azərbaycanın ehtiyac duyduğu iqtisadi islahatların genişləndirilməsi və sürətləndiriməsi üçün təkanverici qüvvə ola bilər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikirlər ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və hazırda ABŞ-da yerləşən Xəzər Siyasət Mərkəzinin İdarə heyətinin üzvü olan Robert F.Sekutanın "Azərbaycanda genişləndirilmiş iqtisadi islahatlar" adlı məqaləsində qeyd edilib.
Keçmiş səfir bildirib ki, bu kadr dəyişiklikləri Prezident İlham Əliyevin hökümətdə yer alan 70 yaşdan yuxarı vəzifəli şəxslərin gənclərə və yeni ideyalara yol açmaları üçün kənara çəkilməli olduqlarına dair ictimaiyyətə açıq surətdə fikir bildirməsiylə eyni vaxta təsadüf etdi:
"Müasir dünya iqtisadiyyatı haqqında yenilikçi biliklərə sahib olan gənclər məsul dövlət vəzifələrini icra etməlidirlər. Biz 21-ci əsrdə yaşayırıq və köhnəlmiş zehniyyət və düşüncə ilə gələcəyə doğru irəliləyə bilmərik - deyə, cənab Əliyev qeyd etdi.
Xarici valyuta və dövlət gəlirlərinin böyük bir hissəsini təmin edən mühüm neft və qaz ehtiyatlarına sahib olmaqla yanaşı, Azərbaycan uzunmüddətli rifah və inkişafı üçün iqtisadiyyatını şaxələndirməlidir. 10 milyonluq Azərbaycan əhalisinin 2/3-dən çoxu 1990-cı ildə və ya daha sonra doğulmuşdur və iş yerlərinin açılmasına ehtiyac vardır. Karbohidrogenlər əhəmiyyətli gəlir verə bilər, lakin sektor ağır əmək tələb edir. İqtisadiyyatı neft və təbii qaz hasilatına olan asılılıqdan uzaqlaşdırmaq, yeni sənaye və müəssisələrin yaradılmasını təşviq etmək, iş yerlərinin növlərini və sayını artırmaq bir neçə ildir ki, qarşıya qoyulmuş vəzifələrdir.
2014/2015-ci illərdə dünya miqyasında neft qiymətlərinin çökməsi hökümətin 2016-cı ildə bir sıra iqtisadi islahatlara başlaması ilə nəticələndi. Bu islahat proqramı digər ölkələrin təcrübələrini, xarici praktikaları və Azərbaycanda fəaliyyət göstərən müəssisələrin tövsiyələrini əsas götürdü. Sahibkarlığın təşviq edilməsi, eyni zamanda yaradıcılığın dəstəkləndiyi və risk alan şəxslərin təqdir ediləcəklərini hiss elədikləri biznes iqlimini inkişaf etdirmək üçün hüquqi və tənzimləyici mühitə dəyişikliklər edilməsinə ehtiyac olduğu anlaşıldı".
R.Sekuta qeyd edib ki, iqtisadi islahatlar çox vaxt zəruri hesab olunsa da, əksər hallarda bunu görmək çətindir: "Bu, ABŞ-da, digər sənayeləşmiş ölkələrdə, inkişaf etməkdə olan bazar iqtisadiyyatı ölkələrində və inkişaf etməkdə olan ölkələrdə bir reallıqdır. İslahatlar nadir hallarda ağrısız və asan olur və ilkin dəyişikliklər, ya da bir qədər yaxşılaşma ictimaiyyətə "kifayətdir" demək üçün səbəb ola bilər. İslahatları tez-tez müşayiət edən çətinliklər, yaxud təlatümlər - iqtisadçılar bunu "J" əyrisi adlandırırlar, bir şeyin sürətlə yüksəlməzdən əvvəl çətin və ya pisə doğru getdiyi görünür - islahatları yavaşladan, yaxud dayandıran əks istiqamətli küləklər də yarada bilir.
Problem ondadır ki, şərtlərin daha da çətinləşə biləcəyinə görə islahatlara olan ehtiyac aradan qalxmır. Əksinə, bir sıra ölkələrdə olduğu kimi, islahatları təxirə salmaq və ya kənara qoymaq onları daha çətin, daha ağrılı və zəruri hala gətirir.
İqtisadi islahatlarla bağlı qərarlar Azərbaycana aiddir. Keçən həftəki kadr dəyişiklikləri ölkənin intellektual mülkiyyətin qorunması, şəffaflığın möhkəmləndirilməsi, qanunun aliliyinin yaxşılaşdırılması və korrupsiyaya qarşı mübarizə kimi addımlar atılması ilə islahatların sürət qazanacağına işarədir. Bu baxımdan, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün danışıqlara getməlidir; bu təşkilata üzvlük bir çox inkişaf etməkdə olan ölkələr üçün bazar iqtisadiyyatı qaydalarını ciddi tətbiq etdiklərini, qlobal ticarət sistemində tam tərəfdaş və iş üçün açıq olduqlarını göstərən bir əlamətdir. Ümid edirik ki, hökümət də rəy və gələcək fikirlər əldə etmək, eləcə də islahatlara əlavə dəstək vermək üçün Azərbaycan iqtisadiyyatındakı bütün səhmdarlarla dialoqu dərinləşdirəcəkdir".
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri əlavə edib ki, Dünya Bankı hazırda bizneslə məşğul olmağın asanlığı baxımından Azərbaycanı 25-ci yerdə qərarlaşdırıb: "Dünya İqtisadi Forumu Qlobal Rəqabətlilik İndeksində Azərbaycanı Yunanıstan, Cənubi Afrika və Türkiyədən önə çıxarmış və "Heritage" Fondu Azərbaycana 65.4 bal vermişdir. Fond mütəxəssisləri hesab edir ki, 60 bal toplamış ölkə üçün bu elə bir mərhələdir ki, düzgün siyasət aparıldığı təqdirdə yüksələrək yaxşı nəticələr əldə edə bilər.
Xəzər bölgəsindəki digər ölkələr kimi Azərbaycan da çoxsaylı iqtisadi çətinliklərlə üzləşir. Lakin Azərbaycanın kölgə iqtisadiyyatını ələ keçirmək, korrupsiyaya qarşı mübarizəni ikiqat artırmaq, hökümətin iqtisadi fəaliyyətlərə lazımsız müdaxiləsini aradan qaldırmaq, qanunun aliliyini gücləndirmək və sahibkarlığın, iş yerlərinin açılmasına və daha böyük rifaha nail olmaq üçün imkanları var".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı





