İqtisadiyyat

"Azəriqaz" Almaniyanın "E.ON Ruhrgas AG" şirkəti ilə müqavilə bağlayıb

3 Noyabr 2011 19:35
Baxış: 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalının Dövlət Neft Şirkətinin internet saytına istinadən verdiyi məlumata görə, müqavilə əsasən "E.ON Ruhrgas" şirkəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında qaz itkisinin qarşısının alınması və minumuma endirilməsini, habelə əhalinin artımı və sənayenin davamlı inkişafi nəticəsində gələcəkdə daha da yüksələcək qaz tələbatını ödəmək üçün mövcud qaz təchizatı şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenidən qurulmasını həyata keçirmək məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını nəzərdə tutulur. Texniki-iqtisadi əsaslandırmanın hazırlanması layihəsi Almaniya və digər Qərb ölkələrinin qaz sənayesində qəbul edilmiş və istifadə olunan norma və standartlarına (Qərb Standartları) uyğun şəkildə icra ediləcək. Müqaviləyə əsasən, layihənin 6 ay ərzində tamamlanması nəzərdə tutulur.

Təbii qazın alqı-satqısı ilə məşğul olan "E.ON Ruhrgas" Avropanın ən böyük şirkətlərindən biridir. 12 min km uzunluğunda kəmərlər şəbəkəsinə, 7 yeraltı qaz anbarına malik "E.ON Ruhrgas" 2010-cu ildə 20 milyon avrodan çox dəyərində satış həyata keçirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.