İqtisadiyyat

“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək

16 İyul 2019 18:07
Baxış: 1 165
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Agentliyin İctimai Şurasında təmsil olunan Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə iyulun 19-da mikro, kiçik və orta sahibkarlar üçün "Mövcud biznesin inkişafı və pul axını" mövzusunda seminar keçiriləcək.

KOBİA-dan Trend-ə verilən məlumata görə, tədbirin təşkilində məqsəd sahibkarların bazarın öyrənilməsi, marketinq, gəlir və xərclər planının hazırlanması, pul axınının idarə edilməsi barədə məlumatlandırılmasıdır.

Seminarda iştirak ödənişsizdir.

Seminar saat 15.00-da, KOBİA-nın inzibati binasında (Ünvan: Atatürk prospekti, 134) keçiriləcək.

Qeydiyyat üçün əlaqədar şəxs: Urfan Nəbiyev (tel: (055) 200-03-28, e-mail: [email protected]).

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.