İqtisadiyyat

Azərbaycan və Avstraliya turizm sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır

21 May 2019 20:41
Baxış: 469

Azərbaycan və Avstraliya turizm sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın Avstraliyada Ticarət Palatasının prezidenti Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, 2019-cu ilin əvvəlində ölkələr arasında turizm əlaqələrinin inkişafı ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilib və əməkdaşlıq məsələləri müzakirə olunub.

Palata rəhbərinin sözlərinə görə, Azərbaycanla Avstraliya arasındakı münasibətlər bütün istiqamətlərdə, əsasən də kənd təsərrüfatı və tikinti sahələrində inkişaf edir.

N.Cəfərov xatırladıb ki, 2019-cu ilin fevralında Milli Məclisin deputatı Xanlar Fətiyevin rəhbərliyi ilə nümayəndə heyəti Avstraliyaya səfər edib. O qeyd edib ki, nümayəndə heyətinin tərkibində deputat Asim Mollazadə də yer alıb.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.