Azərbaycan "OPEC plus" Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən "OPEC plus" Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında cari ilin aprel ayı üzrə neft hasilatı ilə bağlı Müştərək Texniki Komissiyanın hesabatı təqdim olunub.
Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyaları müzakirə edilib. "OPEC plus" formatı çərçivəsində öhdəliklərin icra səviyyəsi təhlil edilib.
İclasda çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130% yerinə yetirilib. Ötən ilin dekabrında qəbul edilən qərarın yüksək səviyyədə icrası neft bazarına, xüsusilə neftin qiymətinə müsbət təsir göstərib: "Bütün bu müsbət məqamlar Əməkdaşlıq Bəyannaməsini imzalamış OPEC və qeyri-OPEC ölkələrinin birgə uğurudur. Məhz bu əməkdaşlıq, ümumi məqsəd naminə birgə fəaliyyət sayəsində dünya iqtisadiyyatının inkişaf tempinin zəifləməsi, qlobal neft bazarında ticarət məhdudiyyətləri, geosiyasi qeyri-sabitlik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində kommersiya neft ehtiyatlarının artması kimi risklərin olduğu bir vaxtda neft bazarı böhranla üzləşməyib."
Qeyd edək ki, "OPEC plus" ölkələri tərəfindən öhdəliklər apreldə 168% yerinə yetirilib. Yanvar ayından may ayınadək öhdəliklərin orta icra səviyyəsi isə 120% olub. Bu göstəricilər 2018-ci ilin dördüncü rübü ilə müqayisədə qlobal iqtisadi inkişafa müsbət təsir edən amillər kimi dəyərləndirilib.
Nazirlərinin Birgə Monitorinq Komitəsi neft bazarı və makroiqtisadi inkişafın cari vəziyyətini təhlil edərək, ticarət danışıqları, geosiyasi problemlər kimi ciddi qeyri-müəyyənliklərin mövcudluğunu qeyd edib. "OPEC plus" Nazirlərinin iyun görüşünədək neft bazarının, xüsusilə də neft ehtiyatlarının monitorinqi və analizinin davam etdirilməsi məsləhət görülüb.
Nazirlərin Birgə Monitorinq Komitəsinin 15-ci iclasının isə iyunda Vyanada keçirilməsinə qərar verilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Dünya bazarında neft ucuzlaşdı
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
XƏBƏR LENTİ
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)





