İqtisadiyyat

Belarusla Azərbaycan birgə süd məhsulları istehsal edə bilər

23 Yanvar 2019 16:14
0 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Belarus Azərbaycana süd məhsullarının birgə istehsalının yaradılması imkanını nəzərdən keçirməyi təklif edib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Belarusun baş nazir müavini Mixail Rusıy Minskdə səfərdə olan Gəncə şəhər icra hakimi Niyazi Bayramovla görüşü zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycan ərazisindən üçüncü tərəfin bazarlarına çıxış əldə etmək daha asandır.

Bundan başqa, tərəflər Gəncədə elektrobus istehsalının təşkil olunmasını müzakirə edib. Qeyd olunub ki, bu məsələ hazırda "Belkommunmaş" şirkəti ilə Gəncə avtomobil zavodu arasında nəzərdən keçirilir.

Eyni zamanda ölkələr Türkiyədə traktor istehsalı üzərində işləyir. Nazir müavini əlavə edib ki, aprel ayında ilkin nəticələr qiymətləndiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.