İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərikimya" İB-nin Etilen-polietilen zavodunda energetika sisteminin etibarlılığı və səmərəliliyi artırılıb
24 Sentyabr 2011 19:39
Baxış: 1 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birliyin Etilen-polietilen zavodunda yekunlaşmaqda olan əsaslı təmirdə nəzərdə tutulan ən mühüm işlərdən biri - müəssisənin ən böyük istehsalatlarından olan "EP-300" kompleksinin piroqazın ilkin fraksiyalara ayrılması və suyun kimyəvi hazırlanması sexində yeni qələvi-absorbsiya kalonunun quraşdırılması başa çatdırılmışdır. Trend-in məlumatına görə, təmir işləri sona yetdikdən sonra həmin qurğunun texnoloji prosesə qoşulması ilə həm istehsalatın ahəngdar işi təmin ediləcək, həm də son nəticə olaraq məqsədli məhsul olan etilenin çıxımı qismən artacaqdır.
Birlik mütəxəssislərinin təklifi ilə texnoloji sxemə əlavə kimi daxil edilən bu kalonun əsas funksiyası sistemə Bakı Neft Emalı zavodundan bu ilin aprelindən etibarən verilən quru qazın - C1-C2 fraksiyasının tərkibində olan kükürdlü birləşmələrin işlənmiş qələvi ilə yüksək təmizliyinə nail olaraq prosesə verilməsidir. Əvvəllər təmizləmə prosesi aparılan kalon həm keyfiyyət, həm də məhsuldarlıq baxımından yüksək nəticə əldə etməyə imkan vermirdi.
Texnoloji sistemə əlavə olaraq daxil edilən yeni kalonun xüsusi olaraq hazırlanmasına ehtiyac olmamışdır. Belə ki, Birlik mütəxəssislərinin təklifi ilə fiziki və mənəvi cəhətdən yararlı olan, 24 metr hündürlüyə malik bu iritonnajlı kalon istismarı dayandırılmış digər istehsalat sahəsindən demontaj edilərək, üzərində müvafiq texniki dəyişikliklər aparıldıqdan, sistemə uyğunlaşdırıldıqdan sonra texnoloji sxemə daxil edilmişdir.
Xüsusilə əhəmiyyətlidir ki, yeni kalonun quraşdırılması bilavasitə zavod mütəxəssislərinin və Birliyin Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika idarələrinin qüvvəsi ilə yerinə yetirilmişdir. Hazırda quraşdırma işləri başa çatdırılmış yeni kalonda nəzarət-ölçü və avtomatika sistemi üzrə tamamlama və sınaq-sazlama işləri aparılır.
Zavodda aparılan əsaslı təmir işlərinin ən vacib tərkib hissəsi kimi müəssisənin elektrik avadanlığının səmərəliyinin və etibarlılığının artırlımasına da xüsusi diqqət yetirilmiş və bu sahədə də mühüm tədbirlər həyata keçirilmişdir. İlk növbədə "EP-300" kompleksinin piroliz sexindəki texniki parametrləri və vəziyyəti qeyri-qənaətbəxş olan, müasir tələblərə cavab verməyən transformatorlar demontaj olunaraq, onların əvəzində daha mükəmməl konstruksiyalı, istismar və enerji sərfi, qənaət baxımından daha səmərəli olan 1000 kilovolt-amperlik transformatorlar quraşdırılmışdır. Burada daha bir yarımstansiya yenidən qurulmuş, bir çox digər elektrik avadanlıqları təzələnmişdir. İstismar müddətində texniki və əmək təhlükəsizliyini maksimum təmin etmək məqsədilə 110 kv-luq yarımstansiyalarda keçid və giriş izolyatorları əsaslı təmir olunmuşdur.
Müəssisənin son məhsulunun - polietilenin alındığı "Polimir-120" istehsalatında da energetiklər tərəfindən mühüm təmir işləri aparılmışdır. Bu istehsalatı elektrik enerjisi ilə təmin edən 110 kv-luq yarımstansiyada gücü 63 meqavatt olan, lakin əvvəllər müəyyən texniki səbəblərdən vaxtaşırı elektrik açılmalarının baş verdiyi transformator da elektrik təmirçiləri tərəfindən yüksək səviyyədə təmir olunmuş, qəzalara yol verilməməsi üçün yeni sistemli rele mühafizəsi tətbiq edilmişdir. Əsas məhsulun dənəvər şəklə salındığı ekstrüderlərin və gücü 1200 kvt olan kompressorun elektrik mühərriklərinin idarə dövrələri isə yeni, müasir tipli şkaf-pultlarla təmin edilmişdir.
Müəssisənin hər iki istehsalatını dövri sistem üzrə texniki su ilə təmin edən susərinləşdirici qurğuya aid yarımstansiyada da geniş təmir-bərpa işləri aparılmış, bir çox elektrik avadanlığı yeniləri ilə əvəz olunmuşdur.
Bugünlərdə energetika üzrə əsaslı təmir işlərinin başa çatdırıldığı bütün sex və sahələrdə elektrik avadanlıqları son sınaqdan keçirilmiş, rele mühafizəsi və torpaqlanma sistemləri yoxlanılmış, müəssisənin bütün elektrik-istismar sahələri təmirdən sonrakı buraxılışa hazır vəziyyətə gətirilmişdir ki, bu da müəssisənin hər iki istehsalat sahəsində əvvəllər yaranan boşdayanmaların aradan qaldırılmasına, texnoloji avadanlığı stabil elektrik enerjisi ilə təmin etməklə, işin ahəngdarlığına nail olmağa, məhsul itkisinin qarşısını almağa imkan verəcəkdir.

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
XƏBƏR LENTİ
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Əməkdar artistin vəziyyəti ağırdır, həkimlər ümidini itirib
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı