İqtisadiyyat

İrana qarşı sanksiyalar neftin qiymətinə necə təsir edir?

7 Noyabr 2018 11:33
0 Şərh     Baxış: 1 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Öncədən proqnozlaşdırdığımız kimi, artıq qlobal neft bazarı İrana qarşı tətbiq edilən sanksiyalara adaptasiya olunub. Bu baxımdan, ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyaların gücləndirilməsinə baxmayaraq, neftin qiyməti nəinki yüksəldi, əksinə azaldı".

Milli.Az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspert hesab edir ki, bu minvalla neftin qiyməti daha da aşağı düşə bilər: "Digər tərəfdən, ABŞ 8 ölkənin İrandan neft almasına növbəti 6 ayda "yaşıl işıq" yandırdı. Buna görə də, yaxın zamanlarda neftin 1 barelinin qiymətinin 70 dollardan aşağı düşdüyünü görsək heç də təəccüblənməməliyik".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.