İqtisadiyyat

Kapital Bank 2018-ci ilin III rübünün nəticələrini elan edib

11 Oktyabr 2018 14:44
Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kapital Bank-ın aktivləri 1 oktyabr 2018-ci il tarixinə 3,5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,4 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2018-ci il tarixinə 2,7 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 milyard manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 235 milyon manat çoxdur. 

Bankın 1 oktyabr 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 295,3 milyon manat, adi və imtiyazlı səhmlər isə 205,8 milyon manat təşkil edir

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq Agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.