İqtisadiyyat

"Türkiyədə 2 mindən çox Azərbaycan iş adamı qlobal səviyyədə fəaliyyət göstərir"

22 İyul 2018 09:35
17 Şərh     Baxış: 1 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Azərbaycan iqtisadiyyatına 11 miyard dollar sərmayə qoyub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat deyib.

Sədrin sözlərinə görə, Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 13 milyard dollardır.

Türkiyə Statistika İnstitutunun məlumatına görə, Azərbaycan və Türkiyə arasında 2017-ci ildə mal dövriyyəsi 1,7 milyard dollar təşkil edib, cari ilin ilk beş ayı ərzində isə - 759,4 milyon dollar.

"Hal-hazırda Türkiyə bazarında şirkət açan 2 mindən çox Azərbaycan iş adamı var və onlar qlobal səviyyədə fəaliyyət göstərir. Bu arada, Azərbaycanda 2500-ə yaxın türk şirkəti fəaliyyət göstərir", - deyə Akat bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.