Azərbaycanda ən gəlirli biznes sahələri hansılardır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər bir insan şəxsi biznesini qurmadan əvvəl biznesin hansı növünün daha gəlirli olacağını düşünür. Bəzən səhv bir yatırım həmin şəxsin iflasına səbəb olur. Maraqlıdır, Azərbaycanda biznesin hansı növü daha gəlirlidir? İqtisadçı ekspert Vüqar Bayramlı kiçik biznesin daha gəlirli olduğunu bildirir: "Azərbaycanda biznesi gəlirli kiçik, orta, iri biznes kimi qruplaşdırmaq düzgün deyil. Çünki biznes sahələrinin xarakterinə uyğun onların gəlirliliyini müəyyən etmək olar. Əlbəttə ki, bazardakı mövcud vəziyyəti nəzərə alsaq, rəqabət daha çox kiçik sahibkarlıq, kiçik biznes arasındadır.
Milli.Az bizplus.az-a istinadən bildirir ki, rəqabətin daha çox olduğu və iş adamlarının daha asanlıqla daxil ola biləcəyi bazar kiçik sahibkarlıqdır. Yəni kiçik sahibkarların məşğul olduğu bazardır. Eyni zamanda kiçik sahibkarlığın strukturunda bir sıra sektorlar var ki, onlar daha gəlirlidir. Hər kəsə məlumdur ki, xidmət sektoru gəlirli bir sektor kimi qiymətləndirilir. Bunlar kafe və restoranlardır. Ümumiyyətlə, son illər elektron ticarətlə bağlı olan xidmətlər və ya sektorlar daha gəlirli hesab olunur. Daha çox informasiya texnologiyasına əsaslanan, informasiya texnologiyasını tətbiq edən və start-up adlandırılan bizneslər indiki halda gəlirli hesab olunur. Yəni informasiya texnologiyasını tətbiq etməklə fəaliyyətə başlayan sahibkarlar daha çox gəlir əldə etmək imkanına malikdir. Məsələn, kafe və restoranlarda daha çox informasiya texnologiyasının tətbiq edilməsi, eyni zamanda internet üzərindən elektron xidmətin, ticarətin təklif edilməsi gəlirlidir. Burada xərc azdır.
Çünki elektron ticarətdə hər hansı bir ofis saxlamaq və işçi heyətinə malik olmaq tələb olunmur. Buna görə də Azərbaycanda elektron ticarət gəlirli hesab olunur. İri ticarətdə isə mənzərə fərqlidir. İri ticarətdə, adətən, holdinqlər daha çox gəlir əldə edirlər. Çünki onlar bazarın əhəmiyyətli hissəsini götürüblər. Buna görə də onlar bazardakı qiyməti diqtə edirlər. Yəni bazar onların qiymətini diqtə etmir, onlar bazardakı qiyməti diqtə edirlər. Bu da imkan verir ki, iri biznes arasında hansı sektorda olmasından asılı olmayaraq holdinqlər daha çox gəlir əldə etsin. Amma bu, heç də davamlı gəlirlilik deyil. Nəzərə almaq lazımdır ki, bu, bazarda qiymətin diqtə edilməsi hesabına əldə edilən gəlirdir".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabahdan bu zolaqlara girənlər cərimə olunacaq
-
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib
-
Ölkədə maaşlarla bağlı MÜHÜM XƏBƏR
-
Fövqəladə hallar statistikası açıqlandı: Partlayışlar artır, yanğınlar azalır
-
"E-Kredit" BOKT-un lisenziyası ləğv EDİLDİ
-
Sevda anidən yerə sərildi - Ayağı QIRILDI - FOTOlar
-
Kiyevdə matəm elan edildi
-
Saxta “cərimə ödənişi” saytları ilə bağlı XƏBƏRDARLIQ
-
Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri ilə görüşdü
-
Sulu salfetkalar niyə günün altında qalsa belə QURUMUR?
-
WUF13 Festivalı başa çatdı
-
Əməkdar artist: "Hər oradan keçəndə AĞLAYIRAM..."
-
Hava kəskin DƏYİŞİR: Yağış qara keçəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
-
Asif Məmmədova görə klub 10 min manat CƏRİMƏLƏNDİ
-
“Telefonumdakı görüntülər ortaya çıxsa, şou-biznes bir-birinə dəyər, aləm QARIŞAR”
-
Maaşlarla bağlı ŞAD XƏBƏR: Əlavələr EDİLƏCƏK - QƏRAR
-
Arvadı Devid Bekhemə toyuqlar hədiyyə etdi - VİDEO
-
Bu yolda yeni işıqforlar quraşdırıldı
-
Gəncə sakinləri indi “Yango” tətbiqində ictimai nəqliyyat marşrutlarını planlaşdıra bilərlər
-
AFFA "Zirə"ni cərimələdi
-
Paytaxtın mərkəzində baş verən dəhşətli qəzanın VİDEOsu
-
Qazaxıstanda Ərdoğana dövlət ordeni verildi





