İqtisadiyyat

Bitkoyna pul qoyanlar bütün vəsaitlərini itirməyə hazır olsunlar

16 Dekabr 2017 19:12
0 Şərh     Baxış: 2 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bitcoinə pul qoyanlar bütün vəsaitlərini itirməyə hazır olsunlar", bunu İngiltərədə maliyyə sektorunu tənzimləyən Maliyyə Xidmətləri idarəsinin rəhbəri Andrew Bailey bildirib.

İlin əvvəlində dəyəri min dollarkən hazırda 16 min dollara qalxan virtual pul Bitcoin son vaxtlar dünyada ən çox danışılan mövzulardan biridir.

Onu bəziləri "virtual qızıl" da adlandırır.

Bəzi sərmayədarlar, iqtisadçılar və dövlər adamları Bitcoin və onun arxasında olan "blockchain" (blok zənciri) texnologiyasını müdafiə edir, amma bunu sərt tənqid edən və etibarsız sistem sayanlar da var.

BBC-nin "Newsnight" proqramına danışan Andrew Bailey də deyib ki, bu virtual valyutanın arxasında nə mərkəzi banklar, nə də hökumətlər var. Buna görə də bu valyutanın etibarlı olması şübhəlidir, o bildirib.

Andrew Bailey Bitcoin-i qumara bənzədib və deyib ki, o da qumar kimi eyni riski daşıyır.

Bu həftə içində Türkiyənin iqtisadiyyat məsələləri üzrə nazir müşaviri Mehmet Şimşək də deyib ki, Bitkoin-in dəyəri anidən qalxdığı kimi anidən də enə bilər.

Amerika Mərkəzi Bankının rəhbəri Janet Yellen də bu günlərdə Bitkoin-in "xeyli spekulyar" olduğunu bəyan edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.