Yeni nazirin ilk rəsmi görüşü - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycan Energetika Nazirliyində olub.
Milli.Az nazirliyə istinadən xəbər verir ki, səfir Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə Pərviz Şahbazova təbriklərini çatdırıb.
Səfir bu təyinatın iki ölkə arasında enerji əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. E. Özoral Azərbaycanın Türkiyə ilə birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də "Cənub Qaz Dəhlizi"nin əsas seqmentlərindən olan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələrini regionda enerji təhlükəsizliyinə töhfə verən uğurlu əməkdaşlıq nümunələri adlandırıb. O, Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin gələcək inkişafı istiqamətində sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
Nazir kimi ilk görüşünün Türkiyə səfiri ilə keçirilməsinin ölkələrimiz arasındakı dost və qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğunu diqqətə çatdıran energetika naziri Pərviz Şahbazov bu münasibətlərin bütün sahələrdə, o cümlədən enerji sahəsində yüksək əməkdaşlığı təmin etdiyini bildirib. Qeyd edib ki, həyata keçirilən enerji layihələri hər iki ölkənin regionda daha da güclənməsi, tranzit potensialının genişlənməsi baxımından çox önəmlidir. Nazir iki ölkənin iştirakı ilə həyata keçirilən enerji layihələrinə və enerji əməkdaşlığının gələcək perspektivlərinə diqqət yönəldib. P.Şahbazov bu sahədə müasir trendlərin birgə müzakirəsi məqsədilə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakla görüşmək arzusunda olduğunu nəzərə çatdırıb.
Görüşdə Azərbaycan - Türkiyə enerji əməkdaşlığının prioritet istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Sabah”ın futbolçusu Puxaç: “O hərəkəti qəsdən etdim”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - (Foto)
-
Qonşu ölkədə çoxuşaqlı ailələrə 65 min dollar veriləcək
-
Sabah yağış yağacaq, şimşək çaxacaq
-
Jorji Jezuşdan Ronaldu ilə bağlı diqqətçəkən addım: Fotosunu...
-
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
-
“Sabah” fransalı futbolçusunu göndərdi (Foto)
-
Bu sahədəki 100%-lik tam vergi azadolması ləğv edilir
-
Azərbaycanda bu taksi şirkətinin adı dəyişdirildi
-
Metronun bu stansiyası yenidən qurulacaq
-
Zəfərin ildönümünə 2 gün qaldı - (Video)
-
Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
-
Rəqqasə Fatimə: “Nəvə saxlamaq fikrim yoxdur, qocalanda baxaram”
-
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
-
Usta iş başında öldü
-
Milli Məclisin saxlanılması xərcləri 39 % artırılır
-
Trampdan İrana növbəti təhdid: Tezliklə öyrənəcəksiniz
-
Əməkdar artistdən oğlu ilə bağlı paylaşım
-
Misli Premyer Liqası: “Qarabağ” və “Neftçi” meydana çıxır
-
Sosial şəbəkələrdə böhtan və təhqirlə bağlı məhkəməyə necə müraciət edilməlidir? – Hakimdən açıqlama
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb
-
Məşhur kişi ətri satışdan yığışdırıldı
-
Bakı aeroportunda Hindistan vətəndaşı öldü
-
Tanınmış xanəndənin əri həbs olundu





