İqtisadiyyat

Kapital Bank-ın filialları şənbə günləri də fəaliyyət göstərəcək

8 Sentyabr 2017 13:15
Baxış: 1 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müştərilərin təkliflərini nəzərə alaraq Kapital Bank-ın bir sıra filialları şənbə günləri də fəaliyyət göstərəcək. Bankın Abşeron, Binəqədi, Qara Qarayev, Şuşa, Sumqayıt, Gəncə, Masallı, Xəzər, Bərdə və Sabirabad filialları saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərəcək.

Şənbə günləri müştərilər bu bank xidmətlərindən istifadə edə bilərlər - kredit rəsmiləşdirilməsi, fiziki şəxslərə debet kartların verilməsi, filialda kartların təhvil verilməsi, cari hesabların açılması, bütün növ hesablar üzrə mədaxil əməliyyatları, fiziki və hüquqi şəxslərdən ödəniş tapşırıqlarının qəbulu, hüquqi şəxslərdən əmək haqqı tapşırıqlarının qəbulu, bütün növ kassa əməliyyatları, nağd valyuta mübadiləsi və təcili pul köçürmələri.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.