Şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinəsi aparılacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadiyyat Nazirliyinin "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının beynəlxalq akkreditasiya sahəsi genişləndirilib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, iyunun 20-dən etibarən araq və şərab məhsulları üzrə daha 16 metod beynəlxalq akkreditasiya sahəsinə daxil edilərək, laboratoriyanın akkreditasiya sahəsi 30 metoda çatdırılıb. Hazırda Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında alkoqollu içkilərin (şərab, araq, pivə və s.) 50-dən çox keyfiyyət və təhlükəsizlik göstəricisi üzrə müayinəsi aparılır.
Bu barədə bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və şərab iştehsalçılarının iştirakı ilə "Şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinəsi" mövzusunda keçirilən təqdimat zamanı bildirilib. Tədbirdə İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru Fazil Məmmədov laboratoriyaların fəaliyyəti, akkreditasiya olunduğu sahələr və hazırda Fransa ilə müqayisədə dəfələrlə əlverişli qiymətə şərab məhsullarının müayinələrinin aparılması barədə məlumat verib və sahibkarları sıx əməkdaşlığa dəvət edib.
Sonra beynəlxalq arbitr, Latviyanın "LATAK" Milli Akkreditasiya Bürosunun direktoru Olqa Veylande laboratoriyanın şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinə metodlarının beynəlxalq akkreditasiya sahəsinə daxil edilməsi barədə Attestatı İstehlak Mallarının Ekspertizası Mərkəzinə təqdim edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov çıxış edərək, sahibkarlığa göstərilən dövlət dəstəyi, ixracın stimullaşdırılması tədbirlərindən bəhs edib, şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinəsinin ixracın genişləndirilməsində əhəmiyyətini vurğulayıb.
"İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin regional bölmələrlə və laboratoriyalarla iş şöbəsinin müdiri Elşad Həsənov "Şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinəsi" mövzusunda təqdimatla çıxış edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Real Madrid"də köklü dəyişiklik: 9 nəfər göndəriləcək
-
Bakı sakinlərinə xəbərdarlıq: Sabah alternativ yollardan istifadə edin
-
Britaniya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb FOTO
-
İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO
-
ABŞ bu ərazidə yeni hərbi bazalar planlaşdırır
-
Gürcüstandan Azərbaycana xəstə heyvanlar gətirmək istədilər
-
Maştağada yaşayış evi qrunt sularının altında qaldı
-
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
-
Əhalinin banklara etibarı güclənir?
-
Elektron siqaretlərlə bağlı QƏRAR - RƏSMİ
-
Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
-
Qapılara yapışdırılan elan vətəndaşa baha başa GƏLDİ
-
"Real Madrid"in yeni baş məşqçisi artıq BƏLLİDİR
-
Səhnəyə Azərbaycan bayrağı ilə çıxdı - VİDEO
-
WUF13-ün tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək
-
Anasını öldürməkdə təqsirləndirilən şəxs barədə şok FAKTLAR
-
9 əkiz uşağının 5 yaşını keçirdi: Möcüzə BAŞ TUTDU - VİDEO
-
“Araz-Naxçıvan” onu göndərdi
-
Açıq hava formatında WUF13 Bulvarı yaradılıb
-
Arda Turan yeni mövsümdə bu komandanı ÇALIŞDIRACAQ
-
Alimlərdən XƏBƏRDARLIQ: Virusun mənbəyi fərqlidir
-
UFC Azərbaycan: Döyüş cədvəli açıqlandı
-
Komendant bunları sizə qadağan edə BİLMƏZ
-
15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO





