İqtisadiyyat

Azərbaycan İranın nəqliyyat terminalına 60 milyon dollar sərmayə yatıracaq

10 İyul 2017 09:11
Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İran Dəmir Yolları"nın rəhbərliyi elan edib ki, Azərbaycanla İranın sərhəddə yerləşən Astara şəhərində dəmiryol terminalının inşası və istismarı haqqında investisiya sazişi imzalanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, investisiya sövdələşməsi "Azərbaycan Dəmir Yolları" QSC ilə "İran İslam Respublikası Dəmir Yolları" (Qısaldılmış "RAI") nəqliyyat şirkəti arasında tikinti mərhələsində olan Astara dəmir yolu stansiyasında imzalanıb.

Sazişin şərtlərinə əsasən, Azərbaycan hökuməti İran layihəsinə 60 milyon dollar yatırmağa razılaşıb.

Bundan başqa, iki tərəf arasında müqavilənin müddəti bitdikdən sonra Astara terminalında olan bütün obyektlər tam olaraq İrana təhvil veriləcək.

RAI-nin rəsmi şəxslərinin sözlərinə görə, Azərbaycan tərəfi İran ərazisindən azı iki milyon ton yük daşımağa razılıq verib ki, bu da İran İslam Respublikası üçün böyük gəlirlər gətirib çıxaracaq.

Bu stansiya Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzrə layihə çərçivəsində tikilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.