İqtisadiyyat

"Azəriqaz": "Bakının qaz sistemini “Qazprom”a və ya başqa şirkətə verməyəcəyik"

15 İyun 2011 16:58
Baxış: 1 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi Abşeron və Bakının qaz təchizatı sisteminin Rusiyanın "Qazprom" şirkətinə verilə biləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib. Qurumun sədri Əkbər Hacıyev deyib ki, söhbət "Azəriqaz"ın vəsaiti hesabına infrastrukturun bərpasını həyata keçirəcək podratçının seçimindən gedir.

"Bizim Abşeron və Bakı şəhərinin qaz sistemini "Qazprom"a və ya əcnəbi dövlətlərin başqa şirkətlərinə vermək fikrimiz yoxdur. Bu, "Azəriqaz"ın, ARDNŞ-in özünün şəbəkəsidir. Bu qaz şəbəkəsi "Azəriqaz"ın öz tərkibində qalacaq. Sadəcə olaraq Bakıətrafı qəsəbələr üzrə tender elan olunub və hazırda E.ON Ruhrgas şirkətiylə podratçı müqaviləsinin imzalanması üzrə hazırlıq işləri gedir. E.ON Ruhrgas şirkəti öz vəsaiti hesabına deyil, "Azəriqaz"dan kredit alaraq bu işləri görəcək. E.ON Ruhrgas şirkəti pulunu alıb, öz işini görəcək", - deyə "Azəriqaz" İB-nın sədri Əkbər Hacıyev bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.