İqtisadiyyat

SOCAR Gürcüstanda benzini bir az da ucuzlaşdırdı

10 Yanvar 2015 22:32
0 Şərh     Baxış: 1 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"SOCAR Georgia petroleum" qonşu ölkədə neft məhsullarını ucuzlaşdırmaqda davam edir.

Musavat.com gürcü qaynağına istinadən verdiyi məlumata görə, şirkətdən bildirilib ki, beynəlxalq bazarda yanacağın qiymətinin düşməsi fonunda SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma stansiyalarında da neft məhsullarının qiyməti endirilir.

Belə ki, qiymətlər daha 5-6 tetri (1 dollar 1,92 laridir) endirilib və aşağıdakı kimi olub: "nano-dizel" - 1,75 lari, "avrodizel" - 1,94 lari, "nano requlyar" - 1,78 lari, "avrorequlyar" - 1,81 lari, "nanopremium" - 1.89 lari, "super" markalı benzin - 1,99 lari.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.