Qənnadı məmulatları qida rasionumuzda geniş istifadə olunan yeyinti məhsullarından olduğuna görə, istehlakı zamanı onların keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi aktuallıq kəsb edən məsələlərdəndir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşların nəzərinə çatdırır ki, qənnadı məmulatları qeyri-standart daşınma və saxlama nəticəsində korlana, yaxud keyfiyyətini itirə bilər. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, istehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötən məhsullar insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bəs qənnadı məhsullarının keyfiyyətli olmasını necə müəyyən etmək olar?
Qeyd edək ki, qənnadı məmulatları yüksək qidalılıq dəyərinə malik yeyinti məhsuludur. Tərkibindəki qidalı maddələr orqanizmdə tez və asan həzm olunur. Bu məmulatlar kimyəvi tərkibinə, qidalılıq dəyərinə və hazırlanma texnologiyasına görə fərqlənirlər. İstehsalında əsas xammal kimi un, şəkər, yağ, yumurta, süd, süd məhsulları, müxtəlif ədviyyatlar, rəng, ətirverici maddələrdən və digər vəsaitlərdən istifadə olunur.
Qənnadı məmulatları iki qrupa, unlu və şəkərli qənnadı məmulatlarına bölünür. Hər birinin də çoxsaylı növləri vardır. Unlu qənnadı məmulatlarına peçenyelər, pryanik, vafli, tort, pirojna, keks və s. aiddir. Şəkərli qənnadı məmulatlarına isə marmelad, karamel, şokolad, mürəbbə və s. aiddir.
Bu məmulatlar xüsusi resept və təsdiq edilmiş texnoloji təlimatlar əsasında hazırlanır. Hazırlanmış hər bir növ qənnadı məmulatı dövlət standartlarının, texniki şərtlərin tələblərinə tam cavab verməli, ticarət şəbəkəsində mənşəyini, təhlükəsizliyini, saxlama şəraitini və saxlama müddətini göstərən sənədlərlə müşayiət olunmalıdır.
Qənnadı məhsullarının qablaşdırılması məhsulun konkret çeşidi və normativ texniki sənədlərin tələblərinə uyğun olmalıdır. Bu məmulatlar əsasən içərisinə perqament kağızı sərilmiş taxta, yəxud karton yeşiklərə, çəki ilə satılanları isə karton qutulara və sellofan kisələrə qablaşdırırlar. Qablaşdırılmayan məhsullar haqqında informasiya isə ticarət zalında məlumat vərəqində göstərilməlidir. Qənnadı məhsulları qablaşdırıldıqdan sonra mütləq markalanmalıdırlar.
Realizə zamanı unlu qənnadı məmulatlarından olan və keyfiyyət göstəriciləri standartın tələblərinə cavab verən tort və pirojnaların forması düzgün, zədəsiz olmalı, dadı və iyi çeşidinə müvafiq olmalı, kənar iy və dad verməməlidir.
Şəkərli qənnadı məmulatları mürəbbə, cem, povidlo və s, şüşə yaxud tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Hər bir istehsalçı və satıcı bilməlidir ki, qablaşdırılmasında nöqsan olan qənnadı məmulatlarının satışı qadağandır.
Tez xarab olan qənnadı məhsullarının daşınması 6 dərəcəyə qədər temperaturda və xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir. Bu məmulatların spesifik iyi olan məhsullarla bir yerdə daşınması və saxlanması qadağandır. Qənnadı məmulatlarının saxlama müddəti texnoloji prosedurlara və resepturaya uyğun olaraq istehsalçı tərəfindən müəyyən edilir.
Unlu qənnadı məmulatları mütləq soyuducuda, əsasən 18ºC-dən aşagı temperaturda və 65-75% nisbi rütubətdə saxlanmalıdır. Bu rejimlərə əməl edilməklə növ və çeşidindən asılı olaraq tort və pirojnalar 3 saatdan 1 aya qədər, pryaniklər 10-45 gün, kekslər 2-12 gün, ruletlər 5 gün, vaflilər 1-3 ay, romlu kökələr 2 gün saxlanıla bilər. Şəkərli qənnadı məmulatları isə növ və çeşidindən asılı olaraq 10-20ºC-də saxlanılmalıdır. Belə ki, mürəbbə və cem pasterizə edilmiş halda 6 ay, hermetik qabda olanlar 12 ay, şokoladlar 2-6 ay, konfetlər 1-4 aya qədər, irislər 2-6 ay, karamel məmulatı 15 gündən 6 aya qədər, hermetik qablarda 12-18 ay saxlanıla bilər.
Hər bir istehlakçı bu məhsulları alarkən onun dadına, formasına, saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirməlidir. Standartların tələblərinə cavab verməyən, zəruri sənədləri olmayan, istehlakçıda məhsulun təhlükəsizliyi ilə bağlı istehsalçının təqdim etdiyi informasiya şübhə yaradan, saxlama müddəti göstərilməyən və ya başa çatan, markalanmayan qənnadı məhsulları almaqdan çəkinmək lazımdır.
istehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötən məhsullar insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Keyfiyyətsiz məhsullar son nəticədə insanların genetik inkişafına mənfi təsir etməklə yanaşı, gələcək nəsillərin sağlam yetişməsində uzun illər aradan qaldırılması mümkün olmayan fəsadlar yarada bilir.
Qeyd edək ki, əksər hallarda qənnadı məhsullarının satılması zamanı tələblərə əməl olunmur və qənnadı məhsullarının satışında istehlakçıların hüquqlarının pozulması hallarına rast gəlinir. Bu kimi problemlərin aradan qaldırılması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mütəmadi olaraq monitorinq və yoxlamalar həyata keçirilir, mövcud olan problemləri aradan qaldırılması istiqamətində tədbirlər görülür. Belə ki, təkcə 2010-cu il ərzində Dövlət Xidməti tərəfindən 246,1 ton şəkər, bal, şəkərli və qənnadı məmulatları (bal, şəkər tozu, biskivit, vafli, tort, halva və s.) dövriyyədən çıxarılmış, bu məhsulların 79,9 tonu müvafiq qaydada məhv edilmiş, 134,6 tonu normativ sənədlərin tələblərinə uyğunlaşdırıldıqdan sonra satışa qaytarılmış, 31,6 tonu ilə bağlı isə araşdırma aparılır. İstehlakçı olaraq ticarət şəbəkəsində keyfiyyətsiz qənnadı məmulatları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət edin (əlaqə telefonu: 498-15-01/04). Əmin olun ki, müraciətləriniz mövcud qanunvericilik çərçivəsində araşdırılacaq və istehlakçı hüquqlarınız təmin olunacaq.
ANS PRESS
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Şirniyyat alarkən nəyə diqqət etmək lazımdır?
16 May 2011 23:29
Baxış: 3 308

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Kuruluş Osman”da şok ayrılıq - FOTO
-
Bakıda binada ilanlar kök salıb - Sakinlər təşvişdə - VİDEO
-
Alimlər ömrü 24 il uzada bilən 8 vərdişi açıqlayıb
-
Qaranlıqda görməyə imkan verən kontakt linzalar hazırlandı
-
Psixiatr stresin gizli əlamətlərini açdı
-
Bu xəstəlik yalnız 3 gecə zəif yuxu yatdıqdan sonra baş verir
-
Avtomobillərin salonunda insan sağlamlığı üçün təhlükəli maddələr aşkarlanıb
-
Uroloq xoşagəlməz sidik qoxusunun səbəblərini izah edib
-
Nazilə Ofeliyanı ağlatdı - "Bunun əri ərdir, bizimki..." - VİDEO
-
İki yüz manat qarşılığında sahibkarın 70 minlik fermasını yandırdı
-
Günün qoroskopu: Daxili dəyişikliklər maddi qərarlarınıza təsir edəcək
-
Vüqar Əbdülovun qızının toyundan VİDEO - FOTO
-
"Barselona" əzəli rəqibinin oyunçusunu almaq istəyir
-
Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu - VİDEO
-
Oğlumu çiynimdə aparıb dəfn etdim... - Fazil Mustafa
-
“Putinin helikopterini vurmağa cəhd ediblər”
-
Mbappe “Qızıl buts”u qazandı
-
Xatirə cavanlaşmaq üçün özünə uşaq qanı vurdurub? - FOTO
-
"Sabah"ı çalışdırmağa ən real yerli namizəd kimdir?
-
Yevlaxda bədbəxt hadisə - ölən və yaralanan var - yenilənib - FOTO
-
Tiflisdə Rusiya bayrağı təhqir edildi - Zaxarovadan reaksiya
-
Kiyevdən Bakıya uzanan körpü: geosiyasətə qarşı balanslı yanaşma
-
Lavrovdan müharibə açıqlaması: Bu, mütləq baş verəcək
-
Bakıda binada yanğın olub - yenilənib - FOTO