İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AZAL Türkiyə kurortlarına aviabiletlərin bahalaşmasına aydınlıq gətirdi
29 Aprel 2011 12:21
Baxış: 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarşıdakı yay mövsümündə Bakı-Antalya marşrutu ilə həyata keçiriləcək reyslərə aviabiletlərin bahalaşmasının səbəbi "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin aldığı beynəlxalq kreditlər, dünya bazarında yanacağın bahalaşması, Türkiyə hava limanlarında yığım və xidmət haqlarının artması və avronun məzənnəsinin yüksəlməsi ilə bağlıdır.
Bu barədə APA-ya AZAL-dan məlumat verilib. Qurumun xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, AZAL xarici aviaşirkətlər tərəfindən kəskin rəqabət şəraitində fəaliyyət göstərir və bununla əlaqədar olaraq müasir texnikanın alınması üçün kreditlərin ödənilməsi məqsədilə beynəlxalq reyslərdə maliyyə səmərəliliyinin artırılmasına çalışır.
Belə ki, AZAL bu yaxınlarda 6 ədəd "Aerobus 320" təyyarəsi alıb, mayın sonunda Azərbaycana müasir tipli "Boeing 767" təyyarəsi gətiriləcək, daha bir belə təyyarə Bakıya gələn il gətiriləcək. MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycan "Boeing 787-Dreamliner" tipli iki təyyarə alacaq və 2014-cü ildən bu təyyarələrin istismarına başlayacaq. Bu təyyarələr ən uzaq məsafələrə (Amerika, Cənub-Şərqi Asiya və s. istiqamətlərə) reyslər həyata keçirəcək: "Bununla əlaqədar olaraq AZAL Türkiyənin kurort zonalarına uçuşları maliyyə baxımından əlverişli imkan hesab edir".
M.Səfərlinin sözlərinə görə, bu reyslərin qısamüddətli, yəni yalnız yay mövsümündə yerinə yetirildiyini nəzərə alaraq, bunların bahalığı başadüşüləndir. Başqa sözlə, aviabiletlərin bahalaşmasının əsas səbəblərindən biri AZAL-ın yeni təyyarələrin alınması və digər layihələrlə bağlı xərclərini ödəmək üçün gəlirlərini artırmaq istəyidir.
Bahalaşmanın digər səbəbi regionda baş verən hadisələr, eləcə də siyasi vəziyyət, habelə dünya bazarında yanacağın və avronun bahalaşması ilə bağlıdır. Belə ki, ərəb ölkələrində siyasi vəziyyətin gərginləşməsindən sonra Türkiyəyə turist axını güclənib. Bundan başqa, dünya bazarında neftin bahalaşması nəticəsində Türkiyənin hava limanlarında aviayanacağın qiyməti artıb: "Ötən il yanacağın tonu 450-470 dollar olduğu halda, hazırda bu qiymət 2 dəfədən çox artaraq 1000 dollardan çoxdur".
M.Səfərli bildirib ki, bütün bunlar, xüsusilə də avronun məzənnəsinin yüksəlməsi Türkiyənin hava limanlarında məzənnə və yığımların artmasına, bu isə öz növbəsində biletlərin bahalaşmasına səbəb olub: "Bundan başqa, Türkiyənin hava limanlarında yerüstü xidmətdən başlayaraq, bort qidasının qiymətinin artırılmasınadək istehsal xərclərinə çəkilən xərclər də çoxalıb. Xidmət dəyərinin, haqq və yığımların artımı nəinki aviasiya sənayesinə, hətta Türkiyənin kurort biznesinə də təsir göstərib".
AZAL rəsmisi xatırladıb ki, ICAO-nun qərarı ilə aviabiletlər yalnız avro ilə satılmalıdır. Bu isə avronun məzənnəsinin yüksəlməsi fonunda biletlərin bahalaşmasına səbəb olub: "Hətta bu şəraitdə AZAL vəziyyətdən istifadə edərək həddən artıq qazanc əldə etmək məqsədi güdmür. Belə ki, 2010-cu ildə Antalya və Bodrum istiqamətlərində aviabiletin dəyəri 416 avro olduğu halda, indi qiymətlər 476 avrodur və ya ötən ilkinə nisbətən cəmi 60 avro bahadır".
Qeyd edək ki, turizm şirkətləri ötən il Antalyaya uçuş qiymətlərinin 416 avro deyil, 310-320 manat olduğunu, bu il qiymətlərin 220 manat artdığını bildirir.
Yeri gəlmişkən, AZAL-da xüsusi vurğulayıblar ki, bu istiqamətdə AZAL-dan başqa şirkətlər də uçuşlar təşkil edir. Belə ki, Türkiyənin bir sıra şirkətləri İstanbul, Adana və s. şəhərlərdən keçməklə Bakıdan bu istiqamətə uçuşlar təşkil edir. Amma bunların qiyməti nisbətən bahadır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xəzərdə güclü külək və 6 metrlik dalğalar gözlənilir - Xəbərdarlıq
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - (Video)
-
Bir gecədə 34 milyard dollar qazandı - Dünyanın ən varlıları sırasında
-
Saxta pulların üzərindəki bu yazını gizlədirlər - İnsanları belə aldadırlar
-
Ayın 25-də yağış intensivləşəcək, qar yağacaq - Proqnoz ar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Azərbaycanlıların ən çox səfər etdiyi ölkələr bəlli oldu
-
3-cü sinif şagirdi vəfat etdi - (Foto)
-
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
-
Prezident İlham Əliyev: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
-
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
-
"Mustafa" Bakıya gəlir - (Video)
-
Tanınmış türkiyəli rok ifaçısı öldü
-
Bakıda mənzillər bir neçə nəfərə satılıb - 172 nəfər zərər çəkib
-
Bütün sosial ödənişlər bu tarixdə veriləcək - Rəsmi
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
-
TikTok-da valideynlərə yeni imkan: Övladlarının nə etdiyini görə biləcəklər
-
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı
-
Kayli Cennerin estetik izləri diqqət çəkdi - (Foto-Video)
-
"Mən oxudum, nə qazandım ki..." - Cəmiyyətdəki düşüncəyə deputatdan etiraz
-
ABŞ-də helikopter qəzası: Ölənlər var
-
İlahiyyat İnstitutunda oxuyan qız tələbələrin sayı açıqlandı
-
DSX-nin əsgəri vəfat etdi
-
"Mehdi" saxlanıldı - (Foto)