İqtisadiyyat

Misir və Tunis kimi ölkələrdə üsyanların səbəbi nə idi?

20 Aprel 2011 07:34
Baxış: 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, qlobal iqtisadi böhrandan iki il sonra dünya ölkələrində iqtisadi artım nisbətən yaxşılaşmasına rəğmən,  Beynəlxalq Valyuta Fondu (IMF) bu artımların  əksər insanların həyat tərzlərini yaxşılaşdırmaq üçün kifayət olmadığını vurğulayıb.

IMF-Dünya Bankının yaz görüşlərində Qlobal maliyə rəhbərləri qeyri-sabit ictimai borclar, valyuta mübadilələrində sərt qaydalar, Yaponiyada son vaxtlar baş verən təbii fəlakət və Yaxın şərq və Şimali Afrikada üsyanların iqtisadi təsirlərindən narahat olduqlarını dilə gətirmişlər. IMF-nin rəhbəri Dominik Straus-Kan dünya üzrə israrla artmaqda olan işsizlik problemini vurğuladı.

IMF-nin rəhbəri bu vəziyətin Misir və Tunis kimi ölkələrdə üsyanların başlamasında rolu olduğunu bildirir. Bu ölkələrdə iqtisadiyyat sürətlə inkşaf edirdi və iqtisadi mütəxəssislərdən bu ölkələrə dair yaxşı rəylər alınırdı. Lakin işsizlik və xalq arasında narahatlıq yüksək olmaqda davam edirdi.

Straus-Kan eyni zamanda inkişaf etməkdə olan ölkələrdə yanacağın və ərzağın qiymətinin yüksək olmasından narahatdır. Dünyada makro-iqtisadiyyat rəqəmlərinin yüksəldiyi bir vaxtda bir çox insan bundan xeyir görmür.

IMF rəsmiləri iqtisadi gərginliyi aradan qaldırmaq üçün maliyə nazirlərinin çoxtərəfli əməkdaşlıqlarının vacibliyini qeyd ediblər.

Onlar özləri də daxil olmaqla bütün tərəfləri  əvvəlcədən  tədbirlər görmək və proaktiv şəkildə hərəkət etməklə növbəti qlobal iqtisadi böhranın baş vermə riskini azaltmağa çağırıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.