İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda sükanı sağda olan avtomobil idarə etmək olarmı?
1 Aprel 2011 09:24
Baxış: 15 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı bildirir ki, Azərbaycan ərazisində sükanı sağ tərəfdə olan avtomobillərə rast gəlinir. Sükanı sağda olan avtomobillər ölkəmizə gətirilirmi, belə maşınları idarə etməyin hər hansı problemi və təhlükəsi varmı? Nəzərə alsaq ki, Azərbaycanda yol hərəkət sistemi sağ tərəflidir və avtomobillərin də sükanı soldadır, sükan dəyişikliyi nə ilə nəticələnə bilər? Ölkəmizdə hər iki tərəfdə sükanı olan avtomobillərin idarə olunmasına icazə verilə bilərmi?
Sükan sağda olan avtomobil almaq məsləhətdirmi?
Mütəxəssislər deyir ki, belə maşınlar ölkəmizdə sükanı dəyişdirilərək satılır. Avtomobil mütəxəssisi olan Fərrux Quliyev hesab edir ki, bu tip avtomobilləri almaq texniki cəhətdən düzgün deyil. Çünki sükanın yerini dəyişdirəndə istər-istəməz idarəetmə sistemində nasazlıq əmələ gəlir. Bu da avtomobili hər an qəza vəziyyətinə gətirir.
F. Quliyev məsləhət görür ki, əgər mümkündursə, sükanın yerini dəyişdirmədən avtomobili idarə edilsin.
Mütəxəssisin sözlərinə görə, sükanı sağda olan avtomobillər əsasən, Yaponiyadan gətirilir. "Buna görə də, Yaponiyanın standartı bizim standartdan çox yüksəkdi. Hətta bəzən bu standartlar heç Avropa standartı ilə müqayisə etmək olmur. Onlarda mühərrikdən tutmuş emissiya sisteminə qədər hər şey fərqli olur. Nəticədə bu mühərriklər həm səsli işləyir, həm də tez sıradan çixır. Ona gorə biz belə avtomobilləri məsləhət görmürük, amma yenə də qiymət və təchizat cəhətdən bəzən sürücülər üçün maraqlı olur" - deyə mütəxəssis bildirdi.
Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov isə Milli.Az xəbər portalına açıqlamasında dedi ki, Azərbaycanda yolda nəqliyyatın hərəkət sağ istiqamətdə olduğu üçün belə maşınlar yolun müəyyən olunmuş planlaşması ilə uyğun gəlmir.
O, əlavə etdi ki, Azərbaycan da daxil olmaqla əksər ölkələrdə, avtomobillərin sükanı solda olduğu üçün yol hərəkəti qaydaları buna uyğun sistemləşdirilir.
Bakı Şəhər Yol Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədovun Milli.Az xəbər portalına verdiyi məlumata görə, 1998-ci ildən bəri, yəni, artıq 13 ildir Azərbaycana sükanı sağda olan nəqliyyat vasitələrinin gətirilməsi və qeydiyyata alınması qadağandır. Şöbə rəsinin sözlərinə görə, "Yol Hərəkəti haqqında" qanun təsdiq edilən zaman bununla bağlı ayrıca maddə qanunvericiliyə salınıb.
V.Əsədov artıq Bakı şəhərində sükanı sağda olan maşınlara az rast gəlinmədiyini deyir: "Son günlərə qədər paytaxt yollarında sükanı sağda olan 3-4 maşına rast gəlinirdi. Artıq həmin maşınlar da gözə dəymir. Görünür, qanun qüvvəyə mindikdən sonra ölkəyə bu tip maşınlar gətirilməyib, qadağadan əvvəl gətirilən həmin maşınlar da artıq istismardan çıxıb".
Sükanı sağda olan maşınlara qarşı polis hansı tədbir görür?
"Qanun çıxmamışdan əvvəl belə maşınlar olub. Həmin maşınlar 1998-ci ilədək respublikaya gətirilib. Əgər həmin maşınların dövlət nömrə nişanı varsa, yol hərəkəti qaydalarını pozmursa, qanuna uyğun şəkildə idarə olunursa, ona kim nə deyə bilər? Amma artıq qanunun qəbulundan 12-13 il keçib, ona görə də sükanı sağda olan maşınlar yox dərəcəsindədir" - deyə şöbə rəisi vurğuladı.
Sükanı sağda olan avtomobillər hansı təhlükələri yaradır?
V.Əsədov hesab edir ki, Azərbaycanda qanunvericiliyə uyğun olaraq, yol hərəkəti sağ tərəfli olduğundan sükanı solda olan nəqliyyat vasitələrinin idarəsi daha məqsədəuyğundur: "Sağ sükanlı maşınlar isə yol hərəkəti zamanı təhlükəlidir. Bizdə ötmə sol tərəfdən aparılır. Ötmə əməliyyatı zamanı bunu ilkin olaraq sərnişin görür. Bu isə real təhlükədir. Avtomagisrtal yollarda iri tutumlu maşınları ötmə zamanı da təhlükə yaranır. Sükanı sağda olan maşınlar Yaponiya və İngiltərə üçün nəzərdə tutulub. Bizim maşınların da orada idarə olunması təhlükə yarada bilər".
Anar Məmmədov
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əsl kərə yağı, yoxsa bitki yağı?
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub - Polis insidentin qarşısını alıb - YENİLƏNİB VİDEO
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO
-
"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"