İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
“Moody’s” agentliyi Azərbaycanın reytinqi üzrə proqnozları yaxşılaşdırıb
9 Mart 2011 11:57
Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın "Ba1" səviyyəsində olan suveren reytinqi üzrə proqnozunu "sabit"dən "pozitiv"ə dəyişib. APA-nın məlumatına görə, "Moody's"in rəsmi məlumatına deyilir ki, bu addım ölkə hökumətinin maliyyə və xarici mövqelərini yaxşılaşdırması ilə bağlı olub ki, bu da ilk növbədə maliyyə resurslarını Dövlət Neft Fondunda (ARDNF) yığması və qeyri-neft sektoruna yönəltməsində əks olunur.
Eyni zamanda, "Moody's" Azərbaycanın "Baa2" səviyyəsində olan xarici valyutada borcalma reytinqi, "A3" səviyyəsində olan milli valyutada borcalma reytinqi və "Ba2/Baa1" səviyyəsində olan xarici və milli valyutalarda depozit reytinqləri üzrə proqnozlarını da "sabit"dən "pozitiv"ə yüksəldib.
Agentliyin şərhində deyilir ki, Azərbaycan üzrə proqnozların yaxşılaşdırılması ölkənin maliyyə vəziyyətinin möhkəmlənməsi və əldə olunan gəlirlərin, o cümlədən neftin qiymətinin artması ilə bağlı əldə olunan əlavə gəlirlərin ehtiyatlı və düşünülmüş tərzdə idarə olunması ilə bağlıdır. Belə ki, 2010-cu ilin yekununda ölkənin icmal balansında ÜDM-in 14%-i həcmində, cari hesablar balansında isə ÜDM-in 30%-i səviyyəsində profisit yaranıb. Profisitin əsas hissəsi Dövlət Neft Fondunda akkumulyasiya edilib və Fondun aktivlərinin ötən ilki artımı 8 mlrd. dollar təşkil edib. Nəticədə, ARDNF-in aktivlərinin ümumi həcmi 2011-ci ilin əvvəlinə 23 mlrd. dollara çatdırılıb. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının xarici ehtiyatları ötən il ərzində 1,6 mlrd. dollar artaraq 7 mlrd. dollara çatdırılıb.
Agentlik ekspertlərinin fikrincə, hökumətin qeyri-neft sektoruna yönəltdiyi investisiyalar artıq fayda verməyə başlayıb. Belə ki, iqtisadiyyatın qeyri-neft sektorunda iqtisadi artım 2009-cu ildəki 3,2%-ə qarşı 2010-cu ildə 7,9% təşkil edib. Hökumət Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə özəl sektora dəstək göstərir və bu qurumun xətti ilə 2010-cu ildə 100-dən çox şirkətə 125 mln. dollar həcmində maliyyə vəsaiti təqdim olunub. Eyni zamanda vurğulanır ki, qeyri-neft sektorunun inkişafı həmçinin iqtisadi infrastrukturun liberallaşmasından da asılı olacaq.
Gələcək addımlarla bağlı "Moody's" qeyd edir ki, ölkənin reytinqinin yüksəlməsi hökumətin qeyri-neft sektorunun inkişafında fəaliyyətini davam etdirməsi və ölkənin xarici valyutada olan ehtiyatların artırılması və onların konservativ idarəetməsinin davam etdirilməsindən asılı olacaq.
Qeyd edək ki, Azərbaycanın reyinqinin düşməsi ölkənin daxili və ya regional siyasi mühitdə mövqelərinin pisləşməsi və ya uzunmüddətli perspektivdə maliyyə vəziyyəti pisləşəcəyi təqdirdə baş verə bilər. Lakin Agentlik Azərbaycanın maliyyə vəziyyətinin uzunmüddətli pisləşməsinin az ehtimal olunduğunu vurğulayır. Eyni zamanda, daxili siyasi şokların da ehtimalı azdır, çünki dövlətin gəlirləri hələ də yüksək qalacaq və onların bölüşdürülməsi sosialyönümlü olacaq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan geosiyasi risklərin isə agentlik ölkənin qiymətləndirilməsində irəliləyiş üçün ciddi maneə olduğunu bildirir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)