Faizlər ləğv olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Pensiya almaq üçün lazımi bankomatı tapmaq müavinəti almaqdan daha çətindir. Başqa bankomatdan isə pul çıxarmaq heç sərf etmir. Çünki belə olan halda aldığımız pensiyadan əlavə faiz tutulur".Pensiyaçılar istənilən bankomatdan pullarını faizsiz çıxara biləcəklər
Bunu anspress-in əməkdaşı ilə söhbətində paytaxt sakini Rəşid Rəcəbov deyir. 80 yaşını haqlamış qoca hər ay analoji problemlə qarşılaşdığını deyir. Pensiyaçıların ortaq probleminə çevrilən bu hal, xüsusilə ayın əvvəlində müşahidə olunur. Pensiyalar kartlara köçürüldükdən sonra bankomatlar qarşısında sıxlıq yaranır. Yaşlı insanlar isə pullarını ala bilmək üçün isə saatlarla növbə gözləməli olurlar.
Təbii ki, buna səbəb bankomatların sayının az olması deyil. Çünki ölkədə yüzlərlə bankomat var. Ancaq bu bankomatlar müvəkkil bankdan fərqli olaraq komissiya haqqı tutur. Bu isə pensiyaçılara qətiyyən sərf etmir.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) isə görünür, bu problemin aradan qaldırılması üçün ciddi addımlar atmağa başlayıb. Fond pensiyalar ödənilən gün bankomatların qarşısında gərginliyin aradan qaldırılması üçün iki istiqamətdə əlaqədar qurumlarla iş aparır. Birinci istiqamətdə banklararası interfeys şəbəkəsinin yaradılması nəzərdə tutulur ki, bununla da pensiyaçılar başqa bankların bankomatlarından pensiyalarını çıxara biləcəklər. Banklararası şəbəkənin qurulması nəticəsində pensiya kartı vasitəsilə müxtəlif banklardan istifadə imkanı yaranacaq.
Azərbaycan Mərkəzi Bankı (AMB) da pensiyaçıların bu probleminin kökündən həlli üçün işlər görməyə başlayıb. AMB bir bankın plastik kartını digər bankın bankomatlarında komissiya ödəmədən istifadə etməyə imkan verəcək yeni sistemin hazırlanması və işə salınması ilə bağlı fəaliyyətini sürətləndirib.
Artıq DSMF və Mərkəzi Bank sözügedən layihə üzrə razılıq əldə ediblər. İndi pensiya sistemində bir çox islahatlar banklar arasında bu interfeysin yaradılmasından asılıdır. Bu layihə tətbiq olunduqdan sonra pensiyaçılar pullarını almaq üçün saatlarla bankomat axtarmayacaq. Pensiyaçılar istənilən bankomata yaxınlaşmaqla müavinətlərini faizsiz şəkildə ala biləcəklər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Satıcı çox, alıcı isə yox dərəcəsindədir – Bakı avtomobil bazarında son vəziyyət - (Video)
-
Qızılı çox olanlara pis xəbər
XƏBƏR LENTİ
-
Gənc kişilər arasında erkən ölüm niyə çoxalıb? - (Video)
-
Bit bazarından 3 manata aldığı çərçivə baha qiymətə çıxdı: Qızıl imiş
-
Üç bürc tələsməsə yeni həftədə pulu çox olacaq
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
-
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)
-
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib





