İqtisadiyyat

Əsas problemlər: iqtisadi inkişaf və işsizlik

23 Yanvar 2011 14:11
Baxış: 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Bloomberg"ə istinadən bildirir ki, ABŞ prezidenti Barak Obama ölkənin durumu barədə Konqresə ənənəvi illik müraciətində ölkənin dayanıqlı iqtisadi inkişafı və işsizlikdən danışacaq. Birləşmiş Ştatların dövlət başçısı çərşənbə axşamı çıxış edəcək.

Dünən tərəflarlarına ünvanlanmış videomüraciətində Obama bildirib ki, Demokrat və Respublikaçılar partiyalarından olan senatorlarla konqresmenləri birlikdə çalışmağa və ən mühüm iqtisadi məsələlərdə kompromisə nail olmağa çağıracaq.

Ötən ilin noyabrında Konqresə keçirilmiş seçkilərdən sonra demokratlar Senat üzərində nəzarəti saxlasalar da, Nümayəndələr Palatasında respublikaçılar çoxluq təşkil edir.

Barak Obama əmindir ki, qarşısında duran ən mühüm məsələlərdən biri yeni iş yerlərinin yaradılması və ABŞ-da istehsal edilmiş mallar üçün yeni bazarlar əldə edilməsidir.

Tural
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.