İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın iri bankı defolt ərəfəsində
8 May 2015 12:41
0 Şərh
Baxış: 5 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq reytinq agentliyi "Moody's İnvestors Service" Azərbaycanın iri banklarından olan "Bank Technique's"in (keçmiş "Texnikabank") reytinqini aşağı salıb.
Virtualaz.org saytı agentliyin rəsmi saytına istinadən xəbər verir ki, "Moody's" bankın yerli və xarici valyuta üzrə uzunmüddətli depozit reytinqini aşağı salaraq Caa1 səviyyəsində (olduqca yüksək kredit riski, həddən artıq spekulyativ) müəyyən edib.
Bankın baza kredit qiymətləndirməsi üzrə reytinqi isə Caa2 səviyyəsinə endirilib.
"Moody's" bildirir ki, bankın reytinqinin aşağı salınması bu ilin fevral ayında həyata keçirilən devalvasiya nəticəsində "Bank Technique's"in məruz qaldığı ağır itkilərlə bağlıdır. Devalvasiya nəticəsində bankın xarici valyuta üzrə kapital ehtiyatı kəskin azalıb, bu itkinin yerini vaxtında və kifayət qədər doldurmaq mümkün olmayacaq.
Reytinq agentliyi bankın kapital yetərliliyi və Mərkəzi Bankdan ayrılan 15 milyon manatlıq subordinasiyalaşdırılmış borcun tətbiqində normativlərin pozulmasına görə şifahi xəbərdarlıq alıb. Banka öz kapital mövqelərini bərpa etmək barədə xəbərdarlıq olunub.
Agentlik bankın düşdüyü vəziyyətdən çıxması üçün onun nəzarət səhm paketinin mülkiyyətçisinin nizamnamə kapitalını artırmalı olduğunu, lakin bu artımın formasının və həcminin, habelə vaxtının qeyri-müəyyən olduğunu bildirir.
"Moody's" "Bank Technique's"in kapital yetərliliyinin Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi normaların altına endiyini bildirir. Agentlik hesab edir ki, "Bank Technique's"in fövqəladə dəstəyə ehtiyacı var.
Bununla belə Mərkəzi Bankın belə dəstək verməkdən imtina etdiyi də qeyd olunur. Nəticədə bankın düşdüyü vəziyyətdən çıxa bilmək üçün iki yolu qalır: subordinasiyalaşdırılmış borc formasında maliyyə dəstəyi və nəzarət səhm paketinin sahibi tərəfindən yatırım.
Beynəlxalq reytinq agentliyi "Bank Technique's"in fevral ayında həyata keçirilən devalvasiya nəticəsində 25 milyon manat həcmində ziyana düşdüyünü bildirir. Agentliyin qiymətləndirmələrinə görə, bankın depozit reytinqinin yaxın 12-18 ayda artması imkanları məhduddur. Əgər bank maliyyə dəstəyi almasa, agentlik onun reytinqini daha bir pillə aşağı salacaq.
Qeyd edək ki, "Moody's" agentliyinin reytinqlərinə əsasən, Caa1 və Caa2 reytinqi qiymətləndirməsi aparılan şirkətin olduqca yüksək kredit riski ilə üzləşdiyini və həddən artıq spekulyativ situasiyada olduğunu göstərir. Bundan aşağı səviyyə isə defolta yaxın, yaxud artıq defolt vəziyyəti deməkdir.
"Bank Technique's"in səhmlərinin 78,4421 faizinə "BEAUFORT İNVESTİSSEMENTS S.A." şirkəti nəzarət edir. Bankın səhmlərinin 21,5579 faizi fiziki şəxslərdədir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb - Yenilənib
-
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib - Yenilənib
-
"Şamaxinka" istiqamətində yol açılıb, Biləcəri istiqamətində təmir davam edir - Anar Nəcəfli
-
Xankəndidə 4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı
-
Yağış yağacaq, leysan olacaq - xəbərdarlıq
-
Bülənt Ərsoyun milyonluq boyunbağısı - (Foto)
-
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
-
Röya Ayxanın fotosessiyasından ilk kadrlar - (Video)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Mehriban Əliyeva ilə Hərbi Dəniz Qüvvələrində olması ilə bağlı paylaşım edilib - (Video)
-
Azərbaycanda bu maşınlara tələbat artdı - (Video)
-
Kəmaləddin Heydərovdan 2 yüksək vəzifəyə təyinat - (Foto)
-
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - (Foto)
-
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi
-
“Zelenski Bin Ladeni də geridə qoydu” - Mariya Zaxarova
-
Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
-
Canni İnfantino 2027-ci il seçkilərində iştirak edəcək
-
"Almaniya yenə müharibə istəyir" - Sergey Lavrov
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı