Azərbaycanda dolların məzənnəsi düşə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin iyun ayında keçiriləcək I Avropa Oyunları ərəfəsində Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi 1,0450 AZN/USD-yə qədər düşə bilər. Buna səbəb kimi dünya bazarında neftin qiymətinin yüksəlməsi və Oyunlar zamanı Azərbaycana turist axınının artması amilləri göstərilə bilər. Bununla yanaşı, dünya bazarında dolların digər valyutalara qarşı zəifləməsi manatın möhkəmlənməsi prosesini daha da sürətləndirəcəyi ehtimal olunur.Lakin ilin sonuna qədər dolların yenidən bahalaşacağı gözlənilir
"Report"un analitik qrupu "Brent" markalı neftin qiymətinin yaxın iki ay ərzində 75 dollar/barelə qədər yüksələcəyini və yay aylarında 70 dollar/bareldən baha satılacağını proqnozlaşdırır. Lakin 2015-ci ilin sonuna yaxın neftin yenidən 50 dollar/barelə qədər ucuzlaşacağı, dolların isə dünya bazarında avroya qarşı möhkəmlənərək, hətta pariteti keçəcəyi, nəticədə, manatın yenidən dollara nəzərən zəifləyəcəyi ehtimal olunur.
"Report"un proqnozlarına görə, bu ilin sonuna qədər dolların məzənnəsi 1,20 AZN/USD səviyyəsinə qədər yüksələ bilər.
Xatırladaq ki, hazırda "Brent" markalı neftin bir barelinin qiyməti 64 dollar, EUR/USD məzənnəsi 1,08-ə bərabərdir.
Qeyd edək ki, devalvasiya nəticəsində idxal olunan inflyasiyaya baxmayaraq, bu il Azərbaycanda inflyasiya 6-7% proqnozlaşdırılır. Dövriyyədə olan nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 19,8% azalaraq 8,7 mlrd. manata geriləyib. Bu amil isə inflyasiya gözləntilərinin aşağı düşməsinə səbəb olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Quzu əti bahalaşdı - (Video)
-
Bakının ən bahalı ünvanları: qiymətlər
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)





